Keçid linkləri

Təcili xəbərlər
2023, 07 İyun, çərşənbə, Bakı vaxtı 09:53

Erdoğan-Trump görüşü Türkiyəni sanksiyalardan xilas edəcəkmi?


Donald Trump (solda) Recep Tayyip Erdoğanla ötən ilin iyulunda NATO sammitində görüşərkən

Siyasi təhlilçilər CNBC kanalına bildiriblər ki, prezident Donald Trump-la Türkiyə lideri Recep Tayyip Erdoğan arasında iyunun 29-da keçiriləcək görüş Ankaranı ABŞ sanksiyalarından xilas etməyə bilər.

İki lider Yaponiyanın Osaka şəhərində keçirilən G20 sammitinin kuluarlarında iyunun 29-da, şənbə günü görüşməlidir.

Ankaranın Moskvadan S-400 antiraket sistemləri almaq qərarına görə hazırda Türkiyə və onun NATO müttəfiqləri arasında ciddi fikir ixtilafı var.

Rusiya S-400 raketlərinin ilk dəstini Türkiyəyə gələn ay çatdırmalııdır.

Erdoğan iyunun 28-də Yaponiyanın Nikkei biznes məcmuəsinə deyib ki, o Trump-la görüşün S-400 məsələsini həll edəcəyinə və iki ölkə arasında qarşılıqlı münasibətləri gücləndirəcəyinə inanır.

Lakin Legg Mason analitik firmasının inkişafda olan qlobal bazarlar eksperti Kim Catechis deyir ki, Vaşinqtonla Ankara arasında S-400 raketləri yeganə ixtilaf nöqtəsi deyil.

ABŞ və Türkiyə arasında Ankaranın Tehrana dəstəyinə və Suriya siyasətinə görə ciddi fikir ayrılıqları var.

Kim Catechis deyib:

“Biz bu görüşün toqquşmalı olacağını gözləyirik və inanırıq ki, görüş Türkiyəyə qarşı sanksiyalarla nəticələnəcək və investorların Türkiyəyə etimadını daha da sarsıdacaq”.

Ekspert ehtimal edir ki, Ankaraya qarşı sanksiyalardan ən birincisi Türkiyənin təkmil F-35 qırıcıları üzrə proqramdan xaric edilməsi ola bilər.

Türkiyə bu son dərəcə mükəmməl təyyarələrin istehsalı proqramının üzvüdür, habelə 100 ədəd F-35 almağı planlaşdırır.

Amma burası da var ki, F-35 qırıcılarının bir sıra mühüm komponentləri Türkiyədə yığılır.

Ekspertlər deyirlər ki, Türkiyənin bu layihədən çıxarılması iş yerlərinin, habelə gəlirlərin azalması ilə nəticələnə bilər.

Bütün bunlar Moody-nin Türkiyənin 18 bankının reytinqini azaltdığı vaxta təsadüf edir.

Bu da qeyd olunur ki, Erdoğan G20 sammitinə onun partiyası İstanbul bələdiyyə seçkisində ağır məğlubiyyətə uğradıqdan sonra gəlib.

Belə bir şəraitdə sanksiyaların elan edilməsi Türkiyə hökuməti üçün ciddi başağrısına çevrilə bilər.

XS
SM
MD
LG