Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

İraqın Ərbil şəhərində türkiyəli diplomat qətlə yetirilib


Erbildə Restorana silahlı hücum, 17 iyul, 2019
Erbildə Restorana silahlı hücum, 17 iyul, 2019

İraqın Ərbil şəhərində silahlı hücum nəticəsində 1 türkiyəli diplomat da daxil olmaqla azı 2 nəfər ölüb.

Bu barədə iyulun 17-də Reuters agentliyi xəbər verir.

Ərbil İraqdakı kürd muxtariyyətinin paytaxtıdır.

Yerli təhlükəsizlik xidməti və şahidlərin sözlərinə görə,

silahlı adam türk diplomatlarının nahar elədiyi restorana girərək atəş açmağa başlayıb, sonra isə maşına minərək aradan çıxıb.

Hazırda axtarış əməliyyatları aparılır.

Türkiyənin xarici işlər nazirliyi həlak olanlardan birinin, Ərbildəki Türkiyə konsulluğunun əməkdaşı olduğunu bildirir.

Yerli təhlükəsizlik xidmətinin məlumatında da hucum nəticəsində 1 türkiyəli diplomat və mülki sakinin həlak olduğu, bir nəfərində yaralandığı bildirilir.

Bundan əvvəl 3 nəfərin öldüyü bildirilirdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG