Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:29

Türkiyə prokurorları ABŞ basketbolçusunu Erdoğanı təhqirdə ittiham edirlər


Enes Kanter (sağda)
Enes Kanter (sağda)

Türkiyənin dövlət xəbər agentliyinin məlumatında deyilir ki, prokurorlar ABŞ-ın Milli Basketbol Liqasının (NBA) oyunçusu Enes Kanterə qarşı prezident Recep Tayyip Erdoğanı təhqir ittihamı ilə cinayət işi açıblar.

Bu ittiham üzrə mühakimə olunarsa, basketbolçunu dörd il müddətinıə azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Anadolu agentliyi xəbər verir ki, ittihamnamə İstanbulun baş prokurorluğunda hazırlanıb.

Prokurorlar New York Knicks komandasının oyunçusu Enesi 2016-ci ilin may və iyununda yazdığı bir neçə tvitdə prezident Erdoğanı təhqir etməkdə ittiham edirlər.

Associated Press agentliyi xəbər verir ki, Kanter bu xəbərə etinasız yanaşıb, tənqidlərini davam etdirir və Erdoğanı “manyak” adlandırır.

Enes deyib: “Bu məsələ məni qətiyyən narahat eləmir. Mən buna öyrəncəli olmuşam” – deyib hazırda Nyu Yorkda növbəti matça hazırlaşan basketbolçu.

Enes daha sonra deyib: “Bu mənim heç vecimə deyil. Mən Amerikadayam. Fikrim-zikrim basketbol oynamaq, komanda yoldaşlarımla əylənməkdir…”

Kanter Türkiyəyə qayıda bilməz, çünki onun pasportu hökumət tərəfindən ləğv edilib. Məhz bu səbəbdən də Enesin məhkəməsi qiyabi keçirilə bilər.

AP yazır ki, basketbolçu ABŞ-da yaşayan müsəlman vaiz Fethullah Gülenin qızğın tərəfdarıdır.

Kanter mayın 20-də Rumıniya hava limanlarının birində saxlanmışdı. O deyir ki, ABŞ rəsmilərinin məsələyə müdaxilə etməsi nəticəsində Birləşmişı Ştatlara qayıda bilib.

Lakin basketbolçunun ailəsi Türkiyədədir və o bir az bundan narahatlıq keçirdiyini deyir.

Basketbolçunun sözlərinə görə onun atasını hətta bir həftə həbsxanada saxlayıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG