Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:45

Azərbaycanın energetika naziri Rusiyadadır


Pərviz Şahbazov
Pərviz Şahbazov

Energetika naziri Pərviz Şahbazov Rusiya Federasiyasına səfər edib.

Energetika Nazirliyinin bu gün, oktyabrın 2-də yaydığı məlumata görə, səfər Rusiya energetika naziri Aleksandr Novakın dəvəti ilə gerçəkləşib.

Səfərdə məqsəd “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forumda iştirak etməkdir.

Məlumatda bildirilib ki, nazirin oktyabrın 3-də “Rusiya enerji həftəsi”ndə “Energetikanın tənzimlənməsində effektivlik: ölkələrin ümumi və fərqli yanaşmaları“ mövzusunda çıxışı nəzərdə tutulub.

Oktyabrın 3-7-də keçiriləcək tədbirdə Rusiya prezidenti Vladimir Putinlə yanaşı, bir çox ölkələrin yüksək səviyyəli hökumət nümayəndələri, yerli və beynəlxalq enerji şirkətlərinin rəsmiləri iştirak etməlidir.

Pərviz Şahbazov həmçinin, “Simens” şirkətinin “Rusiya enerji həftəsi”ndə təşkil olunan “Enerji sisteminin gələcəyi” adlı tədbirinə də qatılmalıdır.

Forum bütünlükdə qaz, neft, kömür, neft-kimya sənayesinin inkişafına, eləcə də elektrik və enerji səmərəliliyini artırmaq məsələlərinə həsr edilib.

XS
SM
MD
LG