Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:33

Səməd Seyidov: 'İsveçrədə təxminən həftədə bir dəfə referendum keçirilir'


Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov

Milli Məclisin üzvü, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AzadlıqRadiosu-na müsahibə verib.

– Səməd müəllim, son günlər müxalifət üç mitinq keçirərək referendumun ləğvini tələb edir. Bu çağırışlar haqda siz nə düşünürsüz?

"Müxalifət müxalifətçiliyi ilə məşğuldur. Ancaq onlar qanun çərçivəsindən çıxsalar, müvafiq orqanlar öz sözlərini mütləq deməlidirlər..."

– Mitinqlər keçirilməyəndə siz tənqid edirsiz: “Azərbaycanda mitinqlərin keçirilməsinə imkan, şərait yaradılmır, bu demokratik proseslərə çox mənfi təsir göstərir”. Mitinqlər olanda, normal şəkildə keçiriləndə, insanlar öz fikirlərini bildirəndə deyirsiz ki, “bu, referenduma necə təsir göstərəcək?”

Buna da bax:​ Milli Şura mitinq keçirdi. Polislə qarşıdurmada saxlananlar var

– Biz sadəcə, kütləvi aksiyalarda səslənən tələblərə münasibətinizi öyrənmək istəyirdik.

Mənim şərhim ondan ibarətdir ki, Azərbaycanda normal demokratik proseslər gedir...

– Bu, adi demokratik prosesdir. Azərbaycan demokratik ölkədir. Hər gün hansısa ölkədə mitinqlər keçirilir, müxtəlif fikirlər səsləndirilir. Mitinqdə səsləndirilən hər fikrə yüksək səviyyədə münasibət bildirmək də düzgün deyil. Ümumi şəkildə, müxalifət müxalifətçiliyi ilə məşğuldur. Ancaq onlar qanun çərçivəsindən çıxsalar, qanunun müddəalarını pozsalar, müvafiq orqanlar öz sözlərini mütləq deməlidirlər. Ona görə ki, sabitliyi pozmağa nə müxalifətin, nə başqa qrupun, nə də hansısa vəzifəli şəxsin ixtiyarı var. Azərbaycana qarşı paradoksal mövqeyin şahidinə çevrilirik. Avropada gedən proseslər normal şəkildə Azərbaycanda da getməyə başlayanda, nədənsə, buna təəccüblə baxırlar. Nə var burda təəccüblü? Mən qeyri-adi heç nə görmürəm.

Buna da bax:​ Səməd Seyidov: “Ləkə yaxmaq istəyirlər”

– Amma bu mitinqlərdə referendumun keçirilməməsi, bununla ölkədə monarxiyanın yaradılması, bu dəyişikliklərin hakim Əliyevlər ailəsinin maraqlarına xidmət etməsi haqda ciddi çağırış və ittihamlar var. Məsələn, Müsavat partiyasının mitinqində Heydər Əliyevin yazdığı Konstitusiyanın bir neçə dəfə dəyişdirilərək biabırçı hala salınması haqda fikir səslənib.

"Azərbaycana qarşı paradoksal mövqeyin şahidinə çevrilirik".

– Mitinqdə deyilən hər sözə biz başlasaq münasibət bildirməyə... Bilirsiniz, müxalifətin məqsədi mitinqə diqqət cəlb etməkdir. Orda kimsə məntiqsiz, düzgün olmayan, reallığı əks etdirməyən, sadəcə, emosiyaları ortalığa qoyaraq diqqət cəlb etməkdən ötrü fikirlər deyəcək, biz də onu şərh edəcəyik? Düz deyil. Mənim şərhim ondan ibarətdir ki, Azərbaycanda normal demokratik proseslər gedir. Azərbaycanda fikir azadlığı, söz azadlığı, mitinq və sərbəst toplaşmaq azadlığı qanunvericilikdə əksini tapıb.

– Referendumla bağlı tənqidi fikirlər təkcə müxalifət səviyyəsində səslənmir. Beynəlxalq mətbuatda, təşkilatlarda ümumxalq səsverməsinə çıxarılan bəzi müddəalar tənqidə məruz qalır. Eləcə də bəzi dəyişikliklər sual yaradır. Məsələn, mülkiyyətin xüsusi məsuliyyət yaratması və ya prezidentin səlahiyyət müddətinin iki il artırılması. Bir millət vəkili, Azərbaycanı AŞPA-da təmsil edən şəxs kimi sizin cavabınız nədir?

"Xalqdan hər şeyi soruşmaq lazımdır, heç nəyi gizlətmək lazım deyil. Biz də bununla məşğuluq".

– Bir millət vəkili kimi, sizə bir-iki faktı demək istəyirəm. İsveçrədə təxminən həftədə bir dəfə referendum keçirilir. Bu, hansısa problem yaradırmı? Referendum ən demokratik yoldur. İqtidarda olan qüvvələr xalqdan gələcək addımlar haqda söz soruşurlar, məsləhətləşirlər. Siz hansısa müddəalara şərh istəyirsiz. O şərhi ən yüksək səviyyədə xalq verəcək. Xalqdan hər şeyi soruşmaq lazımdır, heç nəyi gizlətmək lazım deyil. Biz də bununla məşğuluq. Xalq isə ən müdrik cavabı ayın 26-da verəcək.

Buna da bax:​ Müsavat keçirəcəyi mitinqin kütləviliyini təmin etmək istəyir

– Amma bəzən sorğularda görürük ki, əhalinin bir hissəsi bu dəyişikliklərdən xəbərsizdirlər. Sizcə, əhali yetərincə maarifləndirilirmi? O, nəyin dəyişdirilməsindən xəbərdardımı?

"Biz artıq öyrəşmişik ki, nəyi ediriksə, xaricdə bəzi qüvvələr tamam başqa tərzdə yozurlar..."

– Siz hansı sorğuları nəzərdə tutursunuz, bilmirəm, amma biz tədbirlərimizi də keçiririk, izahatlarımızı da veririk. Ancaq son söz nə mənimdir, nə də sizindir, Azərbaycan xalqınındır.

– Sizcə, bu dəyişiklikləri zəruri edən nədir? Həmkarlarınızın söylədiyi kimi, zaman, ya tənqidçilərin dediyi kimi, hakimiyyətin marağı?

– Bəzən xaricdəki qüvvələr “Həddən artıq ciddi sabitlik var sizdə, bu yaxşı əlamət deyil” deyirlər bizə. Biz artıq öyrəşmişik ki, nəyi ediriksə, xaricdə bəzi qüvvələr tamam başqa tərzdə yozurlar, xalqdan fikir soruşub inkişafı təmin etmək naminə addım atanda onlar deyirlər ki, “siz nə danışırsınız, bunu etmək lazım deyil”. Burda məqsəd iqtidarın atdığı hər addımı şübhə altına salmaqdır. Mən əminəm ki, xalq sözünü deyəcək və bu da Azərbaycanda növbəti demokratik addımın atılması yönündə bir sübut olacaq.

Buna da bax: Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

"Bunu siz müəyyən edirsiz ki, nəyin demokratiyaya dəxli var, ya yox?"

– Konstitusiyaya təklif edilən dəyişikliklərin, tutalım, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılmasının birbaşa demokratiyaya nə dəxli var? Bunun faydası nədir?

Səməd Seyidov: 'Bunu siz müəyyən edirsiz ki, nəyin demokratiyaya dəxli var, ya yox?'
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00
Direct-ə keçid

– Bunu siz müəyyən edirsiz ki, nəyin demokratiyaya dəxli var, ya yox? Demokratiya xalqın idarəsi və iradəsi deməkdir. O möhürü xalq vura bilər. Siz sualı belə qoymaqla məndən qəti cavab istəyirsiz, mən deyim ki, demokratiyaya aidiyyatı var, ya yoxdur. Amma yenə söyləyirəm, bunu xalq deyəcək. Xalq “hə” desə, deməli, demokratiyaya aidiyyatı var. Bəzi ölkələrdə ən böyük problem odur ki, xalqın fikrini öz fikirləri kimi təqdim edirlər. Bizsə xalq müraciət edirik. Partiyamızın gücü ondadır ki, xalqsız addım atmamışıq. Və bu dəfə söhbət ciddi məsələlərdən gedir.

Buna da bax:​ ABŞ Konqresində Azərbaycan dinləməsi keçiriləcək

"Xalq “hə” desə, deməli, demokratiyaya aidiyyatı var".

– Ötən həftə ABŞ Konqresinin bir komissiyasında dinləmələr keçirildi və orda belə fikir səsləndi ki, “referendumun nəticələri saxtalaşdırılacaq”. Yəni indidən bunun, dediyiniz kimi, “xalqla məsləhətləşmə” deyil də, “saxtalaşdırma” olacağı barədə bəyanatlar səsləndirilir.

"Ay mənim əzizlərim, Azərbaycanda gedən prosesləri təhlil etmək üçün, heç olmasa, bu ölkədə baş verənləri dərk edin, ondan sonra təhlil edin".

– Doğrudan da, mən o dinləmələrə qulaq asanda təəssüflər olsun ki, hansısa yeni fikir, yeni yanaşma görmədim. Hətta nəinki görmədim, əksinə, gördüm ki, məsələləri araşdırmadan, xalqın fikrini öyrənmədən deyirlər: “Azərbaycanda səsvermə saxtalaşdırılacaq, heç nə düzgün olmayacaq, Azərbaycana inanmaq olmaz, Azərbaycan elə, Azərbaycan belə...” Ay mənim əzizlərim, Azərbaycanda gedən prosesləri təhlil etmək üçün, heç olmasa, bu ölkədə baş verənləri dərk edin, ondan sonra təhlil edin. Vaxtilə Sovet İttifaqını araşdıran sovetoloqlar var idi, onlar ciddi mütəxəssislər idi, məsələn, cənab Bzijinski kimi. Amma təəssüflər olsun ki, indi azərbaycanşünaslar yoxdur, xalqın tarixini, fəlsəfəsini, mentalitetini xalqın beynəlxalq münasibətlərdə yerini öyrənən, başa düşən mütəxəssislər yoxdur. Yenə deyirəm, elə köhnə hamam, köhnə tas. Eyni söhbətlər, eyni fikirlər, eyni tənqidlər, eyni istiqamətdən vurulan zərbələrdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG