Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:36

Əmlak Komitəsinin hesabatı Hesablama Palatasında şübhə doğurub


İllüstrasiya
İllüstrasiya

►Hesablama Palatasının Əmlak Komitəsinə sualları var

Ötən il Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirmə yolu ilə dövlət büdcəsinə nəzərdə tutulandan 4,9 milyon manat və ya 17 faiz az pul ödənilməsini təmin edib

Ötən il dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə daxil olan vəsaitin azalması Hesablama Palatasında suallar doğurub.

Palatanın sədri Vüqar Gülməmmədov dövlətə məxsus «Xalq Qəzeti»nə müsahibəsində deyib ki, azalma səbəblərini aydınlaşdıracaq təhlillərə başlayıblar.

Büdcəyə 25 faiz az vəsait daxil olub

Özəlləşdirmədən daxil olan vəsaitlərin azalması, əsasən, iki mənbədə (investisiya müsabiqələri yolu ilə özəlləşdirilən müəssisələrin səhm və hissələrinin, eləcə də obyektlərin yerləşdikləri torpaq sahələrinin satışı) qeydə alınıb.

Ümumiyyətlə, ilboyu Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) özəlləşdirmə yolu ilə dövlət büdcəsinə nəzərdə tutulandan 4,9 milyon manat və ya 17 faiz az pul ödənilməsini təmin edib. Əvvəlki illlə müqayisədə dövlət büdcəsinə 25 faiz az vəsait daxil olub.

ƏMDK rəsmisi Qulu Xəlilov AzadlıqRadiosuna özəlləşdirmədən daxilolmaların azalmasını investorların daşınmaz əmlaka marağının aşağı düşməsi və özəlləşdirəcək obyektlərin sayca azlığı ilə izah edib.

____________________________________________________________

Bunlara da bax:
Ali Məhkəmə 'Eurovision məhbusu'nun qərarını vermir
Manat bir az da ucuzlaşdı

____________________________________________________________

Yeni qanunun qəbulundan sonra özəlləşdirmə bərpa ediləcək

Bu ilin mayından bəri dövlət əmlakının özələşdirilməsi qeyri-müəyyən vaxtadək dayandırılıb. Məsələni tənzimləyəcək yeni qanunun qəbulundan sonra özəlləşdirmə bərpa ediləcək.

ƏMDK son zamanlar özəlləşdirmədə, əsasən, investisiya müsabiqələrinə üstünlük versə də, çox az sayda obyektə müştəri tapa bilib.

Torpaq satışında durum daha gərgindir. Torpağın üstündəki əmlakı özəlləşdirmiş mülkiyyətçilər 2-ci mərhələdə torpağın özünü də özəlləşdirməyə cəhd göstərirlər. Bu, heç də asan başa gəlmir. ƏMDK torpağı satışa hazırlamaq əvəzinə, «təkərin altına odun atır». Bir neçə səhmdar cəmiyyətində səhm sahibi olan Vüqar İsmayılov belə deyir və fikrini tamamlayır:

«Biləcəridəki hektaryarım sahədə yerləşən müəssisənin torpaq sahəsinin özəlləşdirilməsindən ötrü müəyyən iş aparıldı, amma elə bir qiymət dedilər ki, yaxın düşmək olmadı. Yaxud Bakıda və ölkənin bir neçə regionunda idarələri olan başqa bir səhmdar cəmiyyəti də neçə ildir ki, maliyyə maneələrinə görə torpağına sahib ola bilmir».

Səhmdar təklif edir ki...

V. İsmayılovun fikrincə, torpaqların özəlləşdirilməsinə süni əngəllər iş adamlarının investisiya fəallığına da təsir göstərib. Qanunvericiliyə əsasən, özəlləşdirilməyən torpaq sahəsində özəl obyektlərin tikintisinə razılıq verilmir. Bu üzdən, səhmdar təklif edir ki, özəlləşdirilmiş müəssisələrin torpaq sahələri bəlli şərtlərlə müəssisənin mülkiyyətinə verilsin:

«Bu halda torpağın satışından daxil olandan çox pul vergi şəklində büdcəyə axa bilər».

Buna da bax: 7-ci aeroport tikiləcək. "Mənimsəmə yeridir"

XS
SM
MD
LG