Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:41

Siyasi məhbus sayılan Emin Saqiyevin vəziyyətinin pisləşdiyi deyilir


Yerli hüquq müdafiəçilərin siyasi məhbus kimi tanıdığı Emin Saqiyevin saxlandığı 6 saylı cəzaçəkmə müəssisəsində halının pisləşdiyi bildirilir.

Bu barədə Emin Saqiyevin yaxınları məlumat veriblər.

Onların bildirməsinə görə, Emin Saqiyev qanunsuz həbsinə və azadlığa buraxılmamasına etiraz olaraq avqustun 18-dən aclıq aksiyası keçirir və bunun nəticəsində onun halı pisləşib:

"Eminin ürək və böyrək problemləri var. Bu gün, avqustun 31-də onun halı pisləşəndən sonra həkim gəlib Eminə baş çəkib və aclığı dayandırmayacağı təqdirdə, ona yardım göstərə bilməyəcəyini bildirib. Biz Eminin taleyindən narahatıq".

Emin Saqiyevin yaxınları məsələ ilə bağlı bir neçə gün əvvəl Ombudsman Aparatına məlumat verdiklərini söyləyirlər:

"Ombudsman Aparatından zəng edib, Eminə onunla maraqlanacaqlarını, görüşəcəklərini bildirsələr də, sonradan gedib 6 saylı cəzaçəkmə müəssisəsinə çıxmayıblar”.

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətindən və Ombudsman Aparatından münasibət öyrənmək mümkün olmayıb.

Amma Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyir ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Xatırlatma

Emin Saqiyev 2017-ci ilin noyabrında həbs edilib. 2018-ci ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsi onu böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 7 il azadlıqdan məhrum edib.

Bəzi hüquq müdafiəçilərinin fikrincə, Saqiyev bacanağı, hazırda mühacirətdə olan Türkel Azərtürkün jurnalist fəaliyyəti ilə əlaqədar saxta ittihamla həbs edilib.

Ailə üzvlərinin sözlərinə görə, Emin Saqiyev aclıq aksiyasına avqustun 18-də onun kassasiya şikayəti ilə bağlı keçirilmiş Ali Məhkəmənin iclasından sonra başlayıb.

Həmin iclasda kassasiya şikayəti təmin edilməyib.

Multimedia

XS
SM
MD
LG