Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:43

Emin Millinin qaynı "bandotdel"ə niyə aparılıb?


İllüstrasiya
İllüstrasiya

►"Məni 7 gün "banditizm"də saxladılar"

Meydan TV-nin direktoru Emin Millinin qaynı Nazim Ağabəyovun həbsilə bağlı cinayət işinin materiallarında xeyli ziddiyyətlər var. Həmin ziddiyyətlərə aydınlıq gətirmək üçün Nazim Ağabəyovun vəkili Adil İsmayılov işin istintaqını aparmış müstəntiqin məhkəmədə dindirilməsini istəmişdi.

Bakı şəhər Baş Polis İdarəsinin müstəntiqi Əflatun Səlimov martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.

Vəkil Adil İsmayılov müstəntiqdən ziddiyyətlərə aydınlıq gətirməsini istəyib. Məsələn, işdəki dərkənarlardan görünür ki, Nazim Ağabəyovla bağlı material İstintaq və Təhqiqat İdarəsinə iyulun 24-də daxil olub və Əflatun Səlimova da həmin gün verilməklə, müvafiq araşdırma aparılması tapşırılıb. Amma hələ iyulun 24-də veriləcək material əsasında iyulun 23-də artıq cinayət işi başlanıb. Cinayət işinin başlanması barədə qərarda da konkret saat göstərilməyib. Halbuki, qanun bunu tələb edir.

“OLA BİLƏR, TƏLƏSKƏNLİYƏ DÜŞÜB”

Nazim Ağabəyovun dindirilməsi protokolunda dindirmənin 23 iyul saat 17.35-də başlandığı yazılıb. Amma Nazim Ağabəyovdan tapıldığı iddia olunan narkotikin ekspertizası 19.20-də başa çatıb. Qanun isə ekspertizanın rəyi olmadan cinayət işinin başlanmasına, şübhəli və ya təqsirləndirilən şəxs qismində dindirməyə icazə vermir.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Müstəntiq bildirib ki, materiallar ona iyulun 23-də təqdim olunub, elə həmin gün də cinayət işi başlanıb. Cinayət işi başlanarkən əlində ekspert rəyi də olub. Tarix və saatlarla bağlı ziddiyyəti isə Əflatun Səlimov "texniki səhv" kimi izah edib:

"O bilər tələskənliyə düşüb, saatı səhv yazmışam".

Əflatun Səlimov Nazim Ağabəyovu elə saxlanıldığı gün - iyulun 23-də öz kabinetində dindirdiyini desə də, o, müstəntiqin dediklərini təkzib edib: "Mən bu adamı sabahı gün "İVS"də (müvəqqəti saxlama təcridxanası) görmüşəm".

Əflatun Səlimov istintaqın gedişində Nazim Ağabəyovun istintaq təcridxanasından müvəqqəti saxlama yerinə gətirilməsi barədə qərar verib. Həmin vaxt onu Kürdəxanı təcridxanasından Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə gətiriblər. Orada saxlanıldığı bir neçə gün ərzində heç bir istintaq hərəkəti aparılmayıb.

Emin Milli qaynının həbsinin səbəblərini açır
Gözlə

No media source currently available

0:00 0:09:18 0:00

“7 GÜN “BANDİTİZM”DƏ SAXLADILAR”

Müstəntiq Nazim Ağabəyov orada saxlanıldığı müddətdə onunla görüşmədiyini deyir. Lakin Ağabəyov bunu təkzib edib:

"Məni sentyabrın 16-da əvvəlcə Nərimanov polisinə gətirdilər, sonra oradan da qandallayıb "banditizmə" apardılar. Ayın 17-də yuxarı mərtəbədə Səlimovu gördüm. Məni 7 gün "banditizm"də saxladılar".

Məhkəmə prosesi aprelin 1-də davam edəcək.

İT mütəxəssisi olan Nazim Ağabəyov 2015-ci il iyulun 23-də həbs edilib. Ona qarşı CM-nin 234.4.3-cü (külli miqdarda narkotik satışı) maddəsi ilə ittiham irəli sürülüb. Lakin Nazim Ağabəyov ittihamı rədd edir, narkotikin cibinə və maşınına polislər tərəfindən atıldığını bildirir. Həbsinin səbəbini isə hökuməti tənqid edən Emin Millinin yaxın qohumu olması ilə əlaqələndirir.

Nazim Ağabəyov Xalq rəssamı Mais Ağabəyovun oğludur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG