Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:05

Emin Hüseynov Amerika dərgisində: “Diktatoru sıxışdırın”


Emin Hüseynov
Emin Hüseynov

►"Bu, Əliyevi yalnız bir şeyə həvəsləndirir – siyasi məhbuslardan alver predmeti kimi istifadə etməyə"

“Azərbaycanın avtoritar prezidenti bu həftə Vaşinqtondadır. O, Prezident Obama-nın azacıq sevgisinə, heç olmasa, onun diqqətini çəkməyə ümid edir. Bu fürsəti ona vermək olmaz”.

Azərbaycanlı mühacir Emin Hüseynov ABŞ-ın “Foreign Policy” dərgisində çıxmış məqaləsində yazır:

“Prezident Obamayla foto çəkdirmək üçün nə edərdin? Bu həftə Vaşinqton səfərində belə bir foto çəkdirmək naminə ölkəm Azərbaycanın prezidenti İlham Əliyev 16 siyasi məhbusu azadlığa buraxıb. Obama ilə təkbətək görüş mümkün görünməsə də, Əliyev Dövlət katibi John Kerry bu gün (martın 30-da – red.) özəl görüş əldə edib. Yəqin foto fürsətini, ABŞ-ın digər yüksək rütbəli rəsmiləri ilə görüşləri, yaxud özünü təsdiqləməyin digər formalarını əldən verməz. Birləşmiş Ştatlar insan haqları və demokratiya öhdəliyini dəyərləndirirsə, bu imkanı ona verməməlidir”.

FORUMDA FİKRİNİ DE: ƏLİYEVİN SƏFƏRİNDƏN SONRA AZƏRBAYCAN DƏYİŞƏCƏK?

“BİRCƏ FOTONU DA ONA ÇÖX GÖRÜN”

Müəllif yazır ki, Nüvə Təhlükəsizliyi sammiti "Əliyev kimi avtokratların" öz ölkəsində nüfuzunu cilalamaqdan ötrü vacib məqamdır:

“2015-ci il Avropa Oyunlarından, iyuna gözlənən Formula 1 yarışlarından bilirik ki, Əliyev beynəlxalq status uğrunda çabalayır. Vaşinqtondakı mənbələr onun bir təsdiq möhürünü əldə etməyə can atdığını söyləyir – Obama ilə bir neçə dəqiqəlik görüş və foto istəyir ki, iqtisadi böhran yaşayan ölkəsində nüfuzunu qaldırsın... Birləşmiş Ştatlarda güclü lobbi işinə baxmayaraq, Əliyev Obama-nın prezidentliyi dövründə Ağ Evdən dəvət ala bilməyib. Ancaq Əliyev aydın şəkildə, hərtərəfli insan haqları islahatları həyata keçirməyənədək hətta ABŞ prezidenti ilə bircə foto belə ona çox olar”.

Əliyev və Obama, 2010
Əliyev və Obama, 2010

Müəllifin fikrincə, ciddi islahatlar həyata keçirilmədən hətta John Kerry kimi yüksək rütbəli rəsminin Azərbaycan lideri ilə görüşü bir yanlışdır. Əlavə konkret siyasət dəyişiklikləri tələb etmək əvəzinə, məhbusları buraxdığına görə onu mükafatlandırmaq Əliyevi yalnız bir şeyə həvəsləndirir – siyasi məhbuslardan alver predmeti kimi istifadə etməyə:

"Rejimin beynəlxalq insan haqları öhdəliklərini belə həyasızcasına pozduğu bir vaxtda ona açıq müsbət münasibət sərgiləmək ABŞ-ın prioritetləri barədə yanlış təəssürat oyadır."

“TƏRİFLƏMƏYƏ TƏLƏSMƏYİN”

“Əliyevi günahsız insanları həbsdən buraxmasına görə tərifləməyə tələsənlər yaxşıca düşünməlidirlər. Bu fırlanan qapı təzə söhbət deyil, bu hökmlər, azad etmələrin sonu görünmür. 2009-cu ildə Obama Azərbaycanda jurnalistlərin mütəmadi təqibə və həbsə məruz qaldığını dedi. Bir il sonra ümidini bildirdi ki, ölkə demokratiyaya doğru irəliləyəcək və insan haqları durumunu yaxşılaşdıracaq. Obama iki bloqqerə azadlıq istədi. Bloqqerlər buraxıldı, amma o vaxtdan rejimin daha çox tənqidçisi həbsə atılıb”.

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Emin Hüseynov Əliyev deyir, "rejiminin qəddarlığına çox yaxşı bələddir". Belə ki, jurnalist, insan haqları fəalı və Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru olaraq dəfələrlə hədəfə alınıb. 10 ay Bakıdakı İsveçrə səfirliyinə sığınandan sonra, nəhayət ki, ötən ilin iyununda İsveçrənin xarici işlər naziri ilə birlikdə ölkədən çıxa bilib. O, hökumətin, qanunsuz olaraq, onu vətəndaşlıqdan məhrum etdiyini, ancaq hazırda İsveçrədə azad və təhlükəsiz mühacir həyatı yaşadığını qeyd edir.

“Digərlərinin bəxti belə gətirmədi. Azərbaycan hakimiyyəti ə tənqidçilərini aqressiv şəkildə qısnama, hədə, şantaj, fiziki hücumlar, həbslə susdurur”.

“BU FÜRSƏTİ QAÇIRMAYAQ”

Azadlıq Radiosunun möhürlənən Bakı bürosu
Azadlıq Radiosunun möhürlənən Bakı bürosu

Müəllif Azərbaycanda həbsdə yatan “siyasi məhbuslardan”, qanunvericiliyin sərtləşməsindən, ABŞ təşkilatlarının bağlanmasından bəhs edir.

Emin Hüseynov bir daha vurğulayır ki, Azərbaycan insan haqları sahəsində real addımlar atmayınca, Prezident Əliyevin Obama ilə bircə fotosuna belə imkan verilməməlidir. Müəllif bütün “siyasi məhbusların” dərhal və qeyd-şərtsiz buraxılmasına, demokratiya və insan haqları üzrə ixtisaslaşmış QHT-lərə qarşı cinayət işlərinin bağlanmasına, AzadlıqRadiosunun Bakı ofisinin yenidən açılmasına çağırır.

“Deyirlər ki, bir şəkil min sözə dəyər. Ancaq bunun azərbaycanlılar və beynəlxalq insan haqları fəalları üçün riskləri çox yüksəkdir. Beynəlxalq ictimaiyyətin Əliyev rejiminə təsir rıçaqlarının azaldığı bir məqamda, Prezident Obama ilə bircə foto, yaxud birbaşa ünsiyyət arzusu Azərbaycanda dəyişikliklər tələb etməyə nadir ələ düşən fürsətdir. Bu fürsəti qaçırmayaq”.

Buna da bax: Ağ-qara filmlər rənglənəndə belə olur (Müqayisəli fotolar)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG