Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 02:15

İşləyənlərin yarısı 250-350 manat alır


Tikinti

Rəsmi məlumatlar Bakıyla bölgələr arasında əməkhaqqında ciddi disbalansın olduğunu göstərir. Bakıda işçilərə hesablanan orta aylıq əməkhaqqı digər bölgələr üzrə orta göstəricini, az qala, iki dəfə üstələyir. Bunu Dövlət Statistika Komitəsinin açıqladığı məlumat da təsdiqləyir.

BAKIDA ORTA MAAŞ 446 DOLLAR EDİR

Komitənin məlumatına görə, maaş cədvəlinə qol çəkən 1.5 milyon nəfər var. Yanvar-mart aylarında nominal, yəni vergilər və sosial sığorta və üzvlük haqları ödənilməzdən qabaq, əməkhaqqı ölkə üzrə 514 manat 30 qəpik olub (300 ABŞ dolları). Bakı şəhərində əməkhaqqı alan təxminən 700 min nəfərə orta hesabla 763 manat 90 qəpik (446 ABŞ dolları) hesablanıb. Ölkənin digər ərazilərində orta aylıq əməkhaqqı bu göstəricidən qat-qat aşağıdır.

Ekspertlər deyirlər ki, Bakıda əməkhaqqının orta göstəricisinin yüksəkliyi neft sektorunda hasilat və servis şirkətlərinin işçilərinin hesabınadır. Burada orta əməkhaqqı 2000 manatı aşır.

SƏNAYE ŞƏHƏRLƏRİNDƏ MAAŞ NECƏDİR?

Sumqayıtda təxminən Naxçıvan şəhərindəki qədər (52 mindən çox) muzdlu işçi çalışır. Lakin ölkənin ikinci sənaye şəhəri olan Sumqayıtda əməkhaqqı (394.30 manat) Naxçıvandakından 5.8 faiz azdır.

Gəncədə çalışanların (təxminən 45 min nəfər) orta maaşı (336 manat) ölkə üzrə orta göstəricidən 35 faiz aşağıdır. Başqa bir sənaye şəhərində – Mingəçevirdə 18 min işçiyə orta hesabla 280 manat (163 dollar) hesablanıb.

Ümumiyyətlə isə, DSK-nın məlumatlarına görə, ölkənin əksər rayonlarında orta aylıq əməkhaqqı 250-300 manat arasında dəyişir.

Günün bütün mövzuları

XS
SM
MD
LG