Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:44

Təkərləri açılmayan sərnişin təyyarəsi qəzalı eniş etdi, itki olmadı (Video)


Embraer sərnişin təyyarəsi
Embraer sərnişin təyyarəsi

Myanmada Embraer-190 sərnişin təyyarəsi Mandalay şəhərində qəzalı eniş edib.

Reutersin mayın 12-də verdiyi məlumata görə, buna səbəb təyyarənin qabaq təkərlərinin açılmaması olub.

Təyyarədə 82 sərnişin və 7 heyət üzvü olub, xəsarət alan olmayıb.

Təyyarə Yanqon-dan Mandalay şəhərinə uçurmuş.

Pilot dispeçerlərə dərhal xəbər verib ki, qabaq təkərləri açan avtomatik sistem işləmir.

Dispeçerlər təyyarəni yerdən müşahidə edib və təkərlərin açılmamasını təsdiqləyiblər.

Bundan sonra təyyarə yanacaq işlətmək üçün aerodromun üzərində bir neçə dəfə dövrə vurub və sonda arxa təkərləri və burunu üzərində qəzalı eniş etməli olub.

İnsident vaxtı yanğın baş verməyib və sərnişinlər təyyarəni tərk edə biliblər.

Sosial şəbəkələrdə insidentin videosu yayılıb.

Mayın 5-də Moskvanın “Shermetovo” hava limanında “Suxoy Superjet-100” təyyarəsi qəzalı eniş edərkən təyyarədəki 78 nəfərdən 41-i həlak oldu.

Buna da bax: “Superjet” təyyarələrinin uçuşu təxirə salınmaqda davam edir

Sukhoi Superjet-100 (SSJ100) sərnişin təyyarəsə Moskvanın "Sheremetevo" hava limanında qəzaya düşüb. 6 may, 2019
Sukhoi Superjet-100 (SSJ100) sərnişin təyyarəsə Moskvanın "Sheremetevo" hava limanında qəzaya düşüb. 6 may, 2019

AzadlıqRadiosu Rusiya xidmətinin məlumatına görtə, dolu yanacaq bakı ilə eniş edən təyyarə yerə möhkəm dəydiyindən yanmağa başlayıb. Faktla bağlı hazırda istintaq aparılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG