Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:39

ABŞ və Avropa Rusiya üzərinə sanksiyaları genişləndirdi


MiG təyyarələri
MiG təyyarələri

Yeni “qara siyahı”dakı 23 şirkətin sırasında Rusiyanın silah satışı ilə məşğul olan dövlət Rosoboroneksport firması və MiG Rusiya Təyyarə Korporasiyası da var.

Birləşmiş Ştatlar Rusiya və Çinin bir neçə şirkəti üzərinə yeni sanksiyalar qoyaraq onları İran, Suriya və Şimali Koreya kimi ölkələrə embarqoya daxil silahların transferində ittiham edib.

ABŞ tərəfindən dərc edilmiş yeni “qara siyahı”dakı 23 şirkətin sırasında Rusiyanın silah satışı ilə məşğul olan dövlət Rosoboroneksport firması və MiG Rusiya Təyyarə Korporasiyası da var.

Siyahıya həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusuna daxil Qüds Qüvvələri, Suriyadakı bəzi birləşmələr, Sudan, Venesuela və Belarusun sənaye şirkətləri daxil edilib.

ABŞ tərəfindən dərc edilmiş yeni “qara siyahı”dakı 23 şirkətin sırasında Rusiyanın silah satışı ilə məşğul olan dövlət Rosoboroneksport firması və MiG Rusiya Təyyarə Korporasiyası da var

Bu şirkətlərin hamısı Kütləvi Qırğın Silahlarının Yayılmaması Müqaviləsini pozmaqda günahlandırılırlar.

Yeni sanksiyalar siyahıya düşmüş şirkətlərlə ABŞ qurumları arasında əlaqələri qadağan edir.

Bu arada Avropa İttifaqı bildirib ki, 150 Rusiya vətəndaşı və Ukrayna separatçısının mülkiyyətlərinin dondurulması və viza qadağanı uzadılıb.

Krımda yerləşən və ya Donbas separatçıları ilə əlaqədar olan 37 Rusiya şirkəti Avropanın “qara siyahısı”na daxil edilib.

Moskva yeni sanksiyalara acıqlı reaksiya göstərib və bunu “ABŞ-ın Rusiyaya qarşı düşmən hərəkəti” adlandırıb.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, “ABŞ bu kursu özü üçün mənfi nəticələri olmadan davam etdirəcəyi barədə ilyuziyalara qapılmamalıdır”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG