Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Əmanətlərin tam sığortalanma müddəti bir il uzadılır


Prezident İlham Əliyevin təşəbbüsü ilə “Əmanətlərin tam sığortalanması haqqında” Qanununa dəyişiklik layihəsi Milli Məclisə daxil olub.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.

Deputat bildirib ki, sənədə əsasən, əmanətlərin tam sığortalanması 2020-ci ilin martın 4-nə qədər uzadılır: “Əmanətlərin tam sığortalanması barədə qanun 2016-cı il martın 4-dən hüquqi qüvvəyə minmişdi. Bu il martın 4-də qüvvədə olma müddəti başa çatırdı. Biz yenə əmanətlərin 3 il uzadılmasına tərəfdar idik. ”.

Vahid Əhmədov əlavə edib ki, sənəd gələn həftə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə ediləcək.

Milli Məclisin fevralın 1-də keçirilən iclasında elə deputat Vahid Əhmədov “Əmanətlərin tam sığortlanması haqqında” qanunun müddətinin uzadılmasını təklif etmişdi. O vurğulamışdı ki, bu müddətin uzadılmasa banklara növbəti böyük zərbə olar.

Xatırlatma

“Əmanətlərin tam sığortalanması haqqında” qanunun 2016-cı ilin matında 3 il müddətinə qəbul edilmişdi.

Bundan əvvəl, 2015-ci ildə Azərbaycanda iki devalvasiya baş vermişdi. Nəticədə manat dollar qarşısında iki dəfə dəyər itirmişdi.

Bundan sonra ölkədə 10-dan çox bank bağlandı. Həmin banklarda olan əmanətlərdən yalnız qorunan əmanətlər vətəndaşlara qaytarıldı.

XS
SM
MD
LG