Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:12

Əmanətlərlə bağlı layihə müzakirə edilib


Vahid Əhmədov
Vahid Əhmədov

““Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik edilir və bu məqsədlə hazırlanmış layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün ( fevralın 15-də) keçirilmiş iclasında müzakirə edilib”

Bunu paralmentin adı çəkilən komitəsinin üzvü Vahid Əhmədov bildirib.

Onun sözlərinə görə layihəni Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətindən Əfqan Baxışov təqdim edib.

Vahid Əhmədov deyib ki, layihə daha sonra Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılacaq.

Layihədə qanunun müddətinin daha bir il uzadılması nəzərdə tutulur.

Xatırlatma

“Əmanətlərin tam sığortalanması haqqında” qanunun 2016-cı ilin matında 3 il müddətinə qəbul edilmişdi. Həmin müddət bu il martın 4-də başa çatır.

Bundan əvvəl, 2015-ci ildə Azərbaycanda iki devalvasiya baş vermişdi. Nəticədə manat dollar qarşısında iki dəfə dəyər itirmişdi.

Bundan sonra ölkədə 10-dan çox bank bağlandı. Həmin banklarda olan əmanətlərdən yalnız qorunan əmanətlər vətəndaşlara qaytarıldı.

XS
SM
MD
LG