Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 14:55

Elvin İsayev Azərbaycana deportasiya edilib və…


arxiv foto

Bir müddət öncə Rusiyada yaşayan Elvin İsayevin Ukraynadan Azərbaycana deportasiya edilərək həbs olunduğu bildirilir.

Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, dekabrın 12-də Azərbaycan vətəndaşı Elvin İsayev Ukraynadan miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı qayıdış şəhadətnaməsi əsasında ölkəsinə deportasiya edilib. Onun Azərbaycanda könüllü tibbi müayinədən keçirilməklə müvəqqəti sığınacaqla təmin edildiyi açıqlanıb.

Amma eyni zamanda, Xidmətin yaydığ məlumatda vurğulanıb ki, bu gün, dekabrın 14-də E. İsayev barəsində Nəsimi Rayon Məhkəməsinin 2019-cu il 22 avqust tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Penitensiar Xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib.

Elvin İsayevi bu il avqustun 25-də yaşadığı Rusiyanın Sankt-Peterburq şəhərində hüquq-mühafizə orqanlarınin saxladığı açıqlanmışdı. Onun Rusiyada yaşayan əcnəbilərlə bağlı qanunu pozmaqda ittiham olunduğu və Azərbaycana deportasiyasının gözləndiyi bildirilirdi. Lakin E. İsayevin yaxınları bildirmişdi ki, o, Rusiya vətəndaşıdır və saxlanması Azərbaycan hakimiyyətin sifarişi sayılır . Bir müddət sonra E. İsayevin sərbəst buraxıldığı qeyd edilirdi.

Bu məlumatı isə, hələlik, Azərbaycan Baş Prokurorluğu ilə dəqiqləşdirmək və rəsmi açıqlamaya E.İsayevin yaxınlarından münasibət almaq mümükn olmayıb.

Elvin İsayev sosial şəbəkələrdə Azərbaycanın vəzifəli şəxslərinin ünvanına tənqidi çıxışları ilə tanınırdı.

Multimedia

XS
SM
MD
LG