Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 10:13

İctimai fəal Elvin Cəbizadə də sərbəst buraxılıb


Elvin Cəbizadə

İyulun 14-də Milli Məclisin qarşısında aksiya zamanı hadisə yerində çəkiliş aparan jurnalist Aysel Umudovanın yanına gələrkən saxlandığını bildirən onun həyat yoldaşı, ictimai fəal Elvin Cəbizadə də iyulun 17-də axşam saatlarında sərbəst buraxılıb.

Bu barədə AzadlıqRadiosuna Elvin Cəbizadə özü məlumat verib.

Onun sözlərinə görə, qanunla nəzərdə tutulmuş müddətdən artıq saxlanıb:

“Hilton” otelinin yanında saxladılar. Bildirdilər ki, bölməyə getməliyik, çünki Milli Məclisə kimsə girib, polis maşınını aşırıb və araşdırma aparılacaq, araşdırmadan sonra sərbəst buraxılacayıq. Əvvəl elə bilirdilər ki, iğtişaşları biz törətmişik, getdikcə isə məlum olurdu ki, heç bir günahımız yoxdur. Amma hər şey aydın olduğuna baxmayaraq bizi azadlığa buraxmırdılar. Bizdən yaşayış yerini tərk etməməklə bağlı iltizam aldılar".

Elvin Cəbizadə deyib ki, polisdə ( o müxtəlif polis yerlərində olduğunu deyir-red) saxlanma şəraiti pis olsa da ona qarşı rəftar yaxşı olub:

"Yaxşı rəftar edirdilər, amma yatmağa yer yox idi. Şərait demək olar ki, yox idi".

Bu açıqlamaya da Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq, hələlik, mümkün olmayıb.

Multimedia

XS
SM
MD
LG