Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:15

Elton John Putinlə homoseksuallığı müzakirə etmək istəyir


Elton John
Elton John

Britaniyanın tanınmış müğənnisi lord Elton John deyib ki, o Rusiya prezidenti Vladimir Putinlə homoseksualların haqları məsələsini müzakirə etmək istəyir

.

Elton John Rusiya prezidenti Vladimir Purinlə onun təbirincə deyilsə, “onun gey haqlarına axmaq münasibətini” müzakirə etmək istəyir. Özü də cinsi azlıqların nümayəndəsi olan Britaniyanın məşhur pop ulduzu Elton John keçən il rəsmən başqa bir cinsi azlıq nümayəndəsi ilə evlənib.

BBC bildirir ki, beynəlxalq insan haqları təşkilatı Human Rights Watch Rusiyanı seksual azlıqları onların üzərinə hücumlardan müdafiə etməkdən və homofob zorakılıq hallarının araşdırılmasından imtina etməkdə günahlandırır.

BBC-yə müsahibəsində Elton John deyib ki, Rusiya prezidentinin onun dalınca “əməlli-başlı ipləmədir” deyəcəyinə əmin olsa belə, Putinlə homoseksualların məsələsini müzakirə etmək istərdi.

Heç olmasa Poroshenko ilə görüşüb

Müğənni hazırda Ukraynandadır.

O, Ukrayna prezidenti Petro Poroshenko ilə görüşərək onu cinsi azlıqlara daha çox azadlıqlar verməyə çağırıb.

Elton deyib ki, hətta Rusiya prezidentinin onun dalınca “əməlli-başlı ipləmədir” deyəcəyinə əmin olsa belə Putinlə homoseksualların məsələsini müzakirə etmək istəyərdi.

O həmçinin Ukrayna biznesmenləri ilə görüşündə onlardan işçi seçərkən homoseksuallara arxa çevirməməyi xahiş edib.

Ukraynanın qonşusu olan Rusiyada 2013-cü ildə qəbul olunmuş qanun “homoseksual davranışın təbliğatını” qadağan edir.

Elton John iddia edir ki, Vladimir Putinin seksual azlıqlara münasibəti ədalətsiz və qərəzlidir.

Məşhur müğənni Putinin onunla söhbət etməyəcəyinə əmin olduğunu söyləyib, lakin əlavə edib ki, o öz təklifini edib və vicdanı təmizdir. Amma hələlik Kremldən Elton John-un bu təklifinə hər hansı reaksiya yoxdur.

XS
SM
MD
LG