Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:39

İcra Hakimiyyətinin şöbə müdiri: 'Həbsdə siyasi motiv yoxdur'


Elşad Qafarov
Elşad Qafarov

«Ədalət Partiyasının rayon təşkilatının sədri Elşad Qafarovun həbsində hər hansı siyasi motiv yoxdur. O, cinayət əməlinə yol verib, buna görə də həbs edilib».

Bunu Daşkəsən rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsinin müdiri Namiq Süleymanov bildirib.

N.Süleymanovun deməsinə görə, E.Qafarov bir neçə ay öncə rayonda su xətti çəkilişi ilə məşğul olan «Çakır Yapı» şirkətinin əməkdaşlarını təhqir edib: «E.Qafarovun bu təhqirinə səbəb isə su xəttinin yaxınlığında yaşayan qohumunun guya şirkət əməkdaşları tərəfindən təhqir olunmasıdır»,- deyə N.Süleymanov qeyd edib.

N.Süleymanov deyib ki, bununla bağlı şirkət hüquq-mühafizə orqanlarına müraciət edib, xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Daşkəsən Rayon Məhkəməsi də iyulun 27-də E.Qafarovu 8 ay müddətinə azadlıqdan məhrum edib.

«EVDƏN BAYIRA ÇIXA BİLMİRİK»

Ancaq E.Qafarovun qohumları bu deyilənləri qəbul etmirlər. Qardaşı Etibar Qafarov, əksinə, bildirir ki, E.Qafarov sırf siyasi fəaliyyətinə, rayondakı korrupsiya halları barədə ölkə rəhbərliyinə müraciətlər etdiyinə görə həbs olunub: «Tək qardaşım Elşad yox, bütün qardaşlarım, ailələrimiz təzyiq altındadır. Hər dəqiqə hansısa şər əmələ məruz qalacağımızdan ehtiyat edirik. Evdən bayıra çıxa bilmirik. Artıq vətəndaşlıqdan imtina dərəcəsinə çatmışıq».

İyulun 27-də Daşkəsən Rayon Məhkəməsinin qərarı ilə Ədalət partiyasının rayon şöbəsinin sədri Elşad Qafarov 8 ay həbs cəzası alıb. O, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham olunub.

Buna da bax - VHP fəalı 'işgəncəyə məruz qalıb'

Bu il iyunun 14-də də onun oğlu, Vətəndaş Həmrəyliyi Partiyasının yerli təşkilatının sədri Nəsimi Qafarov da 15 sutka inzibati həbs cəzası almışdı. N.Qafarov AzadlıqRadiosuna deyib ki, həmin vaxt onun özünə də siyasi fəaliyyəti ilə bağlı şər atılıb: «Yalandan təşkil etdilər ki, guya rayon polis şöbəsi rəisinin avtomobilini təhlükəli şəkildə ötmüşdüm. Halbuki, mənə də şər atmışdılar».

N.Qafarovun deməsinə görə, atasının işi ilə bağlı Daşkəsən Rayon Məhkəməsində gedən proses birtərəfli aparılıb. Məhkəmə müdafiə tərəfinin şahidlərinin ifadələrini nəzərə almayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG