Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 18:46

Elon Musk indi də İnternet sahəsində inqilab etmək istəyir


Elon Musk

Amerikalı milyarder Elon Musk bu dəfə İnternet texnologiyaları sahəsində inqilab etmək istəyir.

Ucuz kosmik raketlər yaratmağa müvəffəq olandan sonra onun SpaceX şirkəti indi də fəzaya 2 sınaq peyki buraxmağı planlayır.

Həmin peyklər Yer səthinə çox yüksək sürətli İnternet saçacaq.

Sınaq peykləri Microsat-2a və Microsat-2b adlanır.

Musk uzun müddətdir ki, kosmosa peyklər çıxarmağı və Yer kürəsinin istənilən nöqtəsindəki insanlara naqilsiz internetə çıxış imkanları yaratmaq istəyir.

SpaceX şirkəti bu məqsədlə kosmosa 12 min peyk çıxarmağı düşünür.

İlk peyklər gələn il müştərilərə xidmət göstərə biləcək.

Əslində peyk interneti artıq mövcuddur. Amma sürəti aşağı, qiyməti isə çox bahadır.

Buna görə də geniş kütlələr üçün əlyetərli deyil.

Buna da bax: Kosmosun fəthi tarixində ən böyük nailiyyətlərdən biri

Kosmosun fəthində inqilab
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

İndi mövcud olan peyk brodbəndlərindən ucqar bölgələrdə layihələr həyata keçirən qurum və şirkətlər istifadə edir.

Məsələn, təbii fəlakət zonalarında çalışan qurumlar, xilasetmə qrupları 5 Mbps sürətli peyk İnternetinə gün ərzində yüzlərlə dollar xərcləyə bilərlər.

Gəmiçilik və təyyarə şirkətləri də belə internetdən istifadə edirlər.

Amma SpaceX və bir sıra başqa şirkətlər belə xidmətləri demək olar ki, hamı üçün əlyetərli etmək istəyirlər. Yəni adi, gündəlik istifadə üçün.

Buna da bax: Elon Musk bu maşının nəqliyyat sahəsində inqilab olacağına inanır

Elon Musk-ın 'inqilabi' adlandırdığı maşın gəldi
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00

Peyklər Yer səthinə nisbətən yaxın orbit üzrə hərəkət edəcək ki, Yerdəki antenalardan siqnallar həmin peyklərə daha asan çatsın.

Amma bu layihənin tənqidçiləri də var, onlar deyirlər ki, bu qədər qurğu fəzanı daha çox "zibilləyəcək". Bu, kosmosdakı əməliyyatlara, başqa peyklərin, hava gəmilərinin işinə mane ola bilər.

Bu ilin oktyabrında iki amerikalı senator ABŞ-ın dövlət orqanlarına SpaceX-in planları ilə bağlı narahatlıqlarını ünvanlayıblar.

"Diametri 10 sm olan əşyalarla toqquşma peyklərə böyük xətər toxundura bilər. Diametri 1 sm olan əşya kosmik gəmini sıradan çıxara bilər" - deyə senatorlar Cory Booker və Dan Sullivan məktublarında yazırlar.

Buna da bax: NASA-da çalışan azərbayanlı

NASA-da çalışan azərbaycanlı:"Burda hamı ləng işləyir"
Gözlə

No media source currently available

0:00 0:01:31 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG