Keçid linkləri

2017, 12 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:44

Bakıdan Tbilisiyə 30 dəqiqəyə! - Elon Muskın ideyası reallaşsa


Azərbaycanda hələ ki sürət qatarı ideyası xəyal olaraq qalır.

Baxmayaraq ki, Yaponiyada artıq belə qatarların sürəti saatda 600 kilometri keçir.

ABŞ-da isə artıq bundan da irəli gedən texnologiya üzərində iş gedir.

2030-CU İLƏ...

Böyük Bakının Regional İnkişaf Planı layihəsinə görə, 2030-cu ildə Abşeron yarımadası ərasizində sürət dəmiryol xəttinin çəkilişi nəzərdə tutulub.

Trend-in məlumatına görə, elektrik qatarı uzunluğu 90 kilometr təşkil edəcək xətt üzrə hərəkət edəcək.

Üzərində işlərin hələ başa çatmadığı plana görə, bu xətt Biləcəri dəmiryol stansiyasından başlayacaq və M.Ə.Rəsulzadə, "8-ci kilometr", Sabunçu, Suraxanı, Binə, Mərdəkan, Maştağa, Zabrat, eləcə də Novxanı və Pirşağı qəsəbələrini əhatə edəcək.

Plan Bakının 11 rayonunu, eləcə də Sumqayıt və Xırdalan da daxil olmaqla, ümumi sahəsi 280 min hektar olan Abşeron rayonunu əhatə edəcək.

"BİZ TARİX YARADIRIQ"

Bu günlərdə milyarder Elon Musk-ın futuristik ideyalarından biri olan vakuum qatarının yaradılması yönündə ilk addım atıldı.

Hyperloop One adlanan layihədə sərnişinlərin və yüklərin borunun içiylə yüksək sürətlə daşınması planlaşdırılır.

ABŞ-da Nevada səhrasında aparılan sınaqlarda borunun içiylə nəqliyyat vasitəsini saatda 110 km. sürətlə hərəkət etdirmək mümkün olub.

Hyperloop-un həmtəsisçisi Shervin Pishevar deyir ki, bu, inqilabi texnologiyadır:

"Biz tarix yaradırıq. Biz sərnişin və yükləri tarixdə görünməmiş sürətlə daşıya biləcəyik. Bu, dünyanı tamam dəyişəcək. Bu nəqliyyat daha təhlükəsiz, daha sürətli, ekoloji cəhətdən daha təmiz olacaq. Bu nəqliyyat dünyanı yenidən kəndə çevirəcək.”

Hyperloop One qatarı layihəsi. Platforma. Xəyali təsvir
Hyperloop One qatarı layihəsi. Platforma. Xəyali təsvir

Amma layihənin uğuruna şübhə edənlər də var. Onlar bu boruların keçəcəyi ərazilərdə tikinti icazəsinin asanlıqla alınmasına, böyük sürətin döngələrdə qorunub saxlana biləcəyinə şübhə edirlər.

Buna da bax: Elon Muskdan tıxaclara qarşı tunel layihəsi

İdeyanın müəllifi Elon Musk artıq elektromobil və kosmik raketlər sahəsində inqilabi dəyişikliklərə nail olub.

Amma Hyperloop-a özü girişməyib. Elektromobil Falcon raketlərindən fərqli olaraq onu hamı üçün açıq elan edib.

Və bu tip vakuum qatarının yaradılması ilə dünyanın müxtəlif ölkələrində təşəbbüslər qaldırılıb.

Yaxın həftələrdə Nevada səhrasında vakuum qatarının daha bir sınağı olacaq, orada sürəti 4 dəfə artırmaq planlaşdırılıb.

CƏMİ YARIM SAATA...

Musk vakuum qatarı ideyasını 5 il qabaq dilə gətirib.

Onun sözlərinə görə, bu qatar günəş batareyası ilə işləyəcək, təyyarədən 2 dəfə, sürətlə hərəkət edə biləcək. Məsələn Los Angelesdən San-Fransiskoya olan 560 kilometri cəmi yarım saatat qət etmək mümkün olacaq. Bu, təxminən Bakı ilə Tbilisi arasında məsafə qədərdi.

Bəs bu layihə nə qədər pulla reallaşa bilər?

Elon Musk ilk dəfə bu ideyanı gündəmə gətirəndə onu hökumətin Los Ancelesdən San-Fransiskoya çəkməyi planlaşdırdığı sürət qatarı xəttinə alternativ kimi ortaya qoymuşdu.

O, sürət qatarı layihəsinin 70 milyard dollara yaxın sərmayə tələb etdiyini vurğulayaraq bildirmişdi ki, Hyperloop bundan dəfələrlə ucuz başa gələ bilər. Təminən 6 milyard dollara.

Amma Hyperloop ilk belə layihə olduğundan bunu dəqiqliyi ilə demək də çətindir.

Britaniyanın “Telegraph” qəzeti yazır ki, Hyperloop One-dan sızan məlumatlara görə, sözügedən marşrutda tikinti 13 milyarddan ucuz başa gələ bilməz.

Buna da bax: Kosmosun fəthində inqilab

Günün bütün mövzuları

XS
SM
MD
LG