Keçid linkləri

2017, 24 Sentyabr, bazar, Bakı vaxtı 03:49

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Fərəcov Neftçala rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.

Bu barədə AzadlıqRadiosuna vəkil Nemət Kərimli məlumat verib.

Vəkil vurğulayıb ki, mayın 3-ü verilən hökmdən şikayət edəcəklər.

E.Fərəcov CM-in 234.2-ci (narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədilə qanunsuz əldə edilməsi, saxlanması, hazırlanması və göndərilməsi) maddəsi ilə təqsirli bilinib.

E.Fərəcovla bağlı cinayət işi 2016-cı ilin dekabrında açılıb. Vəkilin deməsinə görə, E.Fərəcov təxribatla üzləşib. «Bir nəfər Fərəcovla tanış olaraq, rayonda biznes qurmaq istədiyini deyib. O, Fərəcova onu işlə təmin etməyə söz verib. E.Fərəcov onunla razılaşıb və birlikdə çayxanaya gediblər. Bu zaman polis çayxananı mühasirəyə alıb və onun tanışının cibindən narkotik götürüblər. O isə narkotik vasitəni Fərəcovdan aldığını deyib. Bu şəxsi «istintaqa yardım» adı ilə məsuliyyətdən azad ediblər».

E.Fərəcov barəsində isə qətimkan tədbiri seçilib. «E.Fərəcovun məsələsi siyasi işdir və təqsirləndirilən şəxsin müxalif fəaliyyəti, etiraz aksiyalarında iştirakı ilə bağlıdır», - vəkil bildirib.

Hazırda AXCP-nin 10-dan çox üzvü həbsdədir. Partiya onların hamısına böhtan atıldığını, siyasi sifarişlə tutulduqlarını bəyan edib. Ancaq hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG