Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:04

Məhkəmədə deputatın səs yazılarıyla bağlı tələb: 'Orada onun etirafı var...'


Deputat E.Axundova
Deputat E.Axundova

Deputat Elmira Axundovanın özü və oğlu Həbib Axundovun adı keçən cinayət işinin məhkəmə araşdırmaları başa çatıb. Prokuror H.Axundovun dostu, 1 milyonluq dələduzluqda suçlanan Elnur İbrahimova 10 il həbs cəzası verilməsini istəyib. Bu nəticə cinayət işində zərərçəkən kimi tanınan şəxslərin bir çoxunu qane etmir. Deyirlər ki, bu işə görə cəzalanan təkcə Elnur olmamalıdır.

Qalmaqal özəlliklə H.Axundovla vaxtilə onların ailə dostu, anasının da parlament seçkilərində nümayəndəsi olmuş Fərman Məmmədov arasında davam edir. F.Məmmədov pullarını H.Axundovun mənimsədiyini, anasının da bu işdə əli olduğunu deyir. E.Axundova və oğlu isə Fərmanın onlara böhtan atdığını, şantaj etdiyini bildirir.

Bir neçə başqa şəxslə yanaşı, H.Axundov və F.Məmmədov da Elnurun haqqındakı cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb. İttihama görə, onlar da katric biznesi adıyla E.İbrahimova pul verib aldanıblar.

«Şantaj edir ki, pulunu alsın...»

Deputat oğlunun vəkili Afət Qazıyeva məhkəmədə müdafiə çıxışında deyib ki, prokurorun təqsirləndirilən E.İbrahimova 10 il cəza istəməsi ilə razılaşırlar. Vəkil çıxışında daha çox digər zərərçəkmiş F.Məmmədovun hərəkətlərindən şikayətlənib: «Həbib Axundov zərərçəkən olsa da, adı bu məhkəmədə başqa qisimdə səsləndirildi. Fərman Məmmədov və nümayəndəsi şəxsi həyatın toxunulmazlığı, peşə, kommersiya sirlərini yaymamaq kimi öhdəliklərə əməl etmədi. Cinayət işini Həbib Axundova qarşı yönəldiblər, onu ittiham edirlər. Fərman Məmmədov ona görə belə yol seçib ki, Elnura verdiyi pulu Həbibdən alsın. İctimai-siyasi xadim, deputat, Xalq yazıçısı Elmira Axundovanın da adını çəkir...».

H.Axundov
H.Axundov

F.Məmmədov bildirib ki, bu işlərin başında E.Axundova dayandığına görə onun adını çəkir. Onun sözlərinə görə, iş materiallarındakı çoxsaylı ifadələr, səs yazıları da deputatın bu işə birbaşa aidiyyəti olduğunu sübut edir.

«Elmira Axundova evində məclis qurub, adamları pul yatırmağa çağırıb»

«Fərmanı qınayırlar ki, niyə bu işə görə Elmira Axundovanın adını çəkir? Səbəbini izah edirəm: Məhz Elmira Axundova evindəki məclisdə oğlunun biznes qurduğunu deyib və məclisdə iştirak edənləri həmin biznesə pul yatırmağa çağırıb. Bundan sonra Həbib Axundov Fərman Məmmədova müraciət edərək bu mövzuda onunla söhbətləşib. Fərman düşünüb ki, yaxşı tanıdığı ailənin övladı biznesə yatırır və ona pul verib. Əks təqdirdə, o, demək olar ki, tanımadığı Elnur İbrahimovun biznesinə heç nə verməzdi. Fərman Məmmədov pulları məhz Həbib Axundova verib. Aldadılma məsələsi ortaya çıxanda pulları Elnurdan Fərman yox, Həbib tələb edib. Fərman Məmmədovun pullarıyla bağlı kredit müqaviləsini də Elnur İbrahimovla Həbib Axundov bağlayıb. Həbib Axundov özü də ifadəsində etiraf edib ki, Fərman Məmmədovun verdiyi pulların qaytarılmasına zamin olub. Həbib Axundov iş üzrə maddi sübut kimi tanınmış özünün səs yazısında Fərmana 450 min manat borcu olduğunu təsdiqləyir. Söz verir ki, həmin borcun 300 min manatını kredit götürərək Fərman Məmmədova verəcək, qalan 150 min manatı sonradan ödəyəcək. Həmin pulun 250 min manatı ödənilib. Onu da Elmira Axundova ödəyib...», – vəkil F.Məmmədov çıxışında bildirib.

Vəkil məhkəmədə disklərdə olan audio yazıların dinlənilməsini tələb edib. Deyib ki, o səs yazıları deputat və oğlu ilə bağlı ört-basdır etməyə cəhd göstərilən məsələlərə aydınlıq gətirir: «Audio yazılarda Elmira Axundovanın pul sahiblərindən iki qadının pullarını qaytarması etirafı da var».

Zərərçəkənlərdən Şahin Məhərrəmov da deyir ki, təqsirləndirilən E.İbrahimovu ilk dəfə məhkəmədə görüb, pulu da birbaşa ona verməyib.

Zaur Səfərov isə Elnurla yanaşı, başqa adamların da məsuliyyətə cəlb edilməli olduğunu söyləyib.

Zərərçəkən F.Məmmədovun pulunun bir hissəsini özünün ödədiyini deputat E.Axundova özü də mətbuata açıqlamasında təsdiqləyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG