“Azərbaycan əmindir ki, davamlı sülh yalnız dialoq, dinc şəraitdə birgə mövcudluq, qarşılıqlı anlaşma yolu ilə nail oluna və saxlanıla bilər”.
Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin xarici işlər nazirlərinin sentyabrın 28-də Nyu-Yorkda keçirilən İllik əlaqələndirmə yığıncağındakı çıxışında bildirib.
O deyib ki, son illərdə dünya miqyasında münaqişələr və zülmün nəticəsi olaraq zor gücünə didərgin salınma hallarının rekord həddə çatması ciddi narahatlıq doğurur.
“ Milyonlarla insanın hüquqlarını bərpa etmək, həm də gələcəkdə didərgin düşmənlərin sayının daha da çoxalmasının qarşısını almaq məqsədilə, beynəlxalq ictimaiyyət tərəfindən müvafiq hərtərəfli tədbirlər görülməlidir”.
Nazir daha sonra bir sıra etnik, dini zəmində toqquşmalar nəticəsində insanların məcburi köçkün həyatı yaşmasından bəhs edib.
“Ermənistan tərəfindən törədilən təcavüz nəticəsində yüz minlərlə didərgin düşmüş insanların yerləşdirilməsi üzrə ağır təcrübəyə malik Azərbaycan qaçqın və məcburi köçkünləri qəbul edən ölkələrin qarşılaşdığı təhdidləri aydın dərk edir.”.
Fəsləstin probılemindən danışan nazir E. Məmmədyatov deyib:
“Qardaş Fələstinin xalqına sülh, sabitlik və davamlı inkişafa nail olmaq uğrunda mübarizədə Azərbaycanın tam dəstəyini bir daha təsdiq etmək istərdim. Azərbaycan Fələstin Dövlətinin paytaxtı Şərqi Yerusəlimdə olmaqla İsrail-Fələstin münaqişəsinin “iki dövlət” prinsipinə əsasən həllinə davamlı şəkildə sadiqdir”.
Xatırlatma
İslam Konfransı Təşkilatı 1969-cu ildə Mərakeşdə yaradılıb. 2011-ci il Astana sammitində bu qurum İslam Əməkdaşlıq Təşkilatı adlandırılıb.
Azərbaycan 1992-ci ildən bu qurumun üzvüdür. Hazırda İƏT sıralarında 60-a yaxın ölkəni birləşdirir.