Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:40

Nazir António Guterres ilə görüşüb


 Antonio Guterres, New York, 25 sentyabr 2018
Antonio Guterres, New York, 25 sentyabr 2018

Sentyabrın 28-də xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Baş Katibi António Guterres ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sentyabrın 29-da məlumat yayıb.

Məlumata görə, nazir, BMT Baş Katibinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti ilə bağlı məlumat verib. O, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə sentyabrın 26-da Ermənistan xarici işlər naziri ilə keçirdiyi görüş barədə də Baş Katibi məlumatlandırıb.

Nazir substantiv danışıqların intensivləşdirilməsinin zəruri olduğunu vurğulayıb.

A.Guterres münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun fəaliyyətinə dəstək verdiyini, BMT qurumlarının və şəxsən özünün sülh prosesinin inkişafına töhfə verməyə hazır olduğunu deyib.

Sentyabrın 18-dən 28-nə kimi Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessisyası keçirilib. E.Məmmədyarovun başçlığı ilə Azərbaycan nümayəndə heyəti sessiyada iştirak edib və bəzi görüşlər kçeirilib. Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb. 1994-cü ildə atəşkəs razılaşmasına kimi Dağlıq Qarabağ bölgəsi, ora bitişik 7 rayon və daha bir neçə kənd işğal edilib. Münaqişənin tənizmlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupda həmsdər dövlətlərdir.

XS
SM
MD
LG