Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:14

Elmar Məmmədyarovun həmsədrlərlə görüşü gözlənilir


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

Xarici işlər naziri Elmar Məmmədyarov bu gün, mayın 14-də Brüsseldən Parisə səfər edib.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

“Mayın 15-də Parisdə xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub. Görüşdə Ermənistan - Azərbaycan münaqişəsi, həmçinin son günlərdə Ermənistanda cərəyan edən hadisələr müzakirə olunacaq”, Hikmət Hacıyev vurğulayıb.

Xarici işlər naziri Elmar Məmmədyarov mayın 13-də Belçikaya işgüzar səfər edib.

Nazir mayın 14-də Yaxın Şərqdə etnik və dini zorakılığın qurbanları mövzusunda keçirilən 3-cü beynəlxalq nazirlər konfransında iştirak edib.

Ermənistanın müxalifət lideri Nikol Pashinian mayın 8-də baş nazir seçilib.

Bu Ermənistanda əhalinin günlərlə davam edən etirazlarından sonra mümkün olub.

Etirazlar Serj Sarkisyanın iki müddət prezident olduqdan sonra bu dəfə konstitusiya dəyşiklikləri ilə səlahiyyəti artırılmış baş nazir seçilməsi üzündən baş verib.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və daha bir neçə kənd işğal edilib.

Qarabağ münaqişəsinin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və “ümumu dövlət” konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket halında həll edilməlidir.

İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra isə statusa baxılmalıdır.

Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib

Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən “Madrid prinsipləri”ni təklif ediblər.

XS
SM
MD
LG