Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Elmar Məmmədyarov John Boltonla görüşüb


ABŞ milli təhlükəsizlik müşaviri John Bolton (sağda) iyunun 19-da Vaşiqntonda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb
ABŞ milli təhlükəsizlik müşaviri John Bolton (sağda) iyunun 19-da Vaşiqntonda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iyunun 19-da Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri John Boltonla görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, görüş ABŞ paytaxtı Vaşinqtonda gerçəkləşib.

XİN bildirir ki, görüşdə tərəflər bir sıra məsələləri müzakirə ediblər.

Eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin cari mərhələsi və substantiv məsələlər üzrə danışıqların irəli aparılması ətrafında fikir mübadiləsinin keçirildiyi bildirilir.

Məlumatda qeyd edilir ki, ABŞ-la Azərbaycan arasında ikitərəfli siyasi gündəlikdə duran bir çox məsələlər, iqtisadi əlaqələr, enerji və nəqliyyat sahəsində rellaşdırılan layihələr, habelə Avropaya qaz təminatının şaxələndirilməsi üzrə əlavə imkanlar tərəflər arasında müzakirə edilib.

İyunun 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir.

ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə gerçəkləşəcək görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə edilməlidir.

Bu görüşdə iştirak etmək məqsədilə Elmar Məmmədyarov ABŞ-a işgüzar səfər edib.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildən Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə tərəflər arasında əldə edilən atəşkəs razılşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayonu işğal edilib.

Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupda həmsədr dövlətlərdir.

Bu münaqişənin, həlli ilə bağlı Azərbaycan və Ermənistan rəhbərliyi arasında göürşlər, danışıqlar davam edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG