Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 22:50

Elmar Mәmmәdyarov Brüsseldә nə deyib?


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov (sağda) Brüssel görüşünün əsnasında Bolqarıstanlı həmkarı Ekaterina Zharieva ilə söhbət edir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov (sağda) Brüssel görüşünün əsnasında Bolqarıstanlı həmkarı Ekaterina Zharieva ilə söhbət edir

“Avropa İttifaqı (Aİ) ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir”

Bunu mayın 13-də Azәrbaycan xarici işlәr naziri Elmar Mәmmәdyarov Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşündəki çıxışında bildirib.

Mayın 13-də Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyası Brüsseldә Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşünü tәşkil edib.

Elmar Məmmədyarov bildirib ki, Aİ Azәrbaycanın xarici ticarət dövriyyəsindә təxminən 42 faizlik paya malik olmaqla, ölkәnin əsas ticarət tərəfdaşı vә әn böyük investordur.

O, Aİ ilə yeni ikitərəfli sazişlə bağlı aparılan danışıqlardan da bəhs edib:

“Biz Aİ ilə yeni ikitərəfli müqavilə ilə bağlı keyfiyyətə yönümlü danışıqlar vasitəsilə ikitərəfli münasibətlərdə uğur əldə etməkdə maraqlıyıq. Mən davam edən danışıqların müsbət ruhunu yüksək qiymətləndirirəm. Biz bir-birimizdən və bir-birimiz haqda çox şey öyrənirik. Bu, özlüyündə çox məhsuldar işdir.”

Elmar Mәmmәdyarov vurğulayıb ki, Azərbaycan hökuməti vətəndaşların bütün insan hüquq və fundamental azadlıqlarından tam yararlanmasını təmin etməkdən ötrü genişmiqyaslı proqramlar həyata keçirməkdə davam edir:

“Bu xüsusda, 2019-2023-cü illərdə ədliyyə sisteminin təkmilləşdirilməsinə dair əlavə qanunvericilik və struktur tədbirlərini nəzərdə tutan ədliyyənin inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramını qeyd etmək lazımdır”

Nazir çıxışında qonşularla münasibәtlәrә vә enerji mәsәlәlәrinә dә toxunub.

Bu gün, mayın 13-də Brüsseldə “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunmuş tədbir keçirilib.

Belçikanın paytaxtında Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı” proqramının altı iştirakçı ölkəsinin xarici işlər nazirlərinin görüşü olub.

Mayın 14-də isə Avropa Komissiyasının (AK) binasında bu qurumun rəhbəri Jean Claud Juncker-in sədrliyi ilə yüksək səviyyədə konfrans keçirilməlidir. Konfransda "Şərq Tərəfdaşlığı" ölkələrinin dövlət və hökumət başçıları iştirak etməlidirlər.

Xatırlatma

Azərbaycan Aİ ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» proqramı çərçivəsində əməkdaşlıq edir.

“Şərq Tərəfdaşlığı” Aİ-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb.

Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb, ancaq, hələlik, tərəflər arasında saziş imzalanmayıb.

XS
SM
MD
LG