Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:34

Kraliça Elizabeth II və kral ailəsi üzvlərinin evakuasiya planı hazırlanıb


Kraliça Elizabeth II
Kraliça Elizabeth II

Böyük Britaniyada, “sərt Brekziddən” sonra Londonda hərc-mərclik düşəcəyi halda kraliça II Yelizaveta (Elizabeth II) və kral ailəsinin digər üzvlərinin evakuasiya edilməsi ilə bağlı xüsusi plan hazırlanıb.

Söhbət, Böyük Britaniyanın Avropa Birliyindən razılaşmasız çıxmasının mümkünlüyü və bundan sonra baş verə biləcək hadisələrdən gedir.

Siyasətçilər və şərhçilər “kəskin Brekziti” tamamilə real sayırlar.

Qeyd edək ki, Böyük Britaniya martin 29-dək Avropa Birliyindən çıxmalıdır.

Amma Avropa Birliyi ilə əldə edilmiş razılaşma hələ ki, təsdiqlənməyib.

“The Sunday Times” və “The Mail on Sunday” qəzetlərinin yazdıqlarına görə, planda kraliça və həyat yoldaşının Londondan gənardakı məxfi yerə köçürülməsi nəzərdə tutulur.

Bu nəşrlərin yazdıqlarına görə, belə bir plan, soyuq müharibə dövründə-keçmiş SSSR-in mümkün nüvə hücumuna hazırlıq çərçivəsində hazırlanıbmış.

Bundan əvvəl verilən məlumatlara görə, Britaniya hakimiyyəti “kəskin Brekzit” halında ictimai asaişin qorunmasına bir neçə min hərbçi cəlb rtməyi planlaşdırır.

Şimali İrlandiyadakı vəziyyət daha çox narahatlıq doğurur.

Britaniya parlamenti bundan əvvəl baş nazir Theresa May-ə, Avropa Birliyi ilə əldə edilmiş “Brekzit” razılaşmasında dəyişikliyə nail olmağı tapşırıb.

Xüsusilə söhbət, İrlandiya ilə Şimali İrlandiya arasında sərhədin şəffavlığına təminat verilməsindən gedir.

Bu müddət fevralın 13-də bitir.

Avropa Birliyi isə bundan əvvəl bildirib ki, əvvəlki razılaşmanın mətnini dəyişməyəcək.

Amma Britaniya parlamenti dəyişiklik olmadan sənədə səs vermək fikrində deyi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG