Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 03:39

Prezidentlərin görüşünün tarixi açıqlanıb


Serzh Sarkisian və İlham Əliyev

Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün tarixi açıqlanıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumata görə, görüş oktyabrın 16-da gerçəkləşəcək.

«ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək üçün Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 16-da Cenevrədə görüşü keçiriləcək», - məlumatda vurğulanır.

Ötən həftənin sonu ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan və Azərbaycana səfər etmişdilər. Məqsəd hər iki ölkənin yüksək səviyyədə görüşünü təşkil etmək idi.

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumi dövlət» konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib

Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG