Keçid linkləri

2026, 14 İyul, çərşənbə axşamı, Bakı vaxtı 03:30

Prezident Əliyevə görə, 907-ci düzəliş köhnəlib, ləğv edilməlidir

'Sizin məhbuslar, bizim silahlar' – Trampla Əliyev arasında 'Böyük razılaşma' olacaq?
Gözlə

No media source currently available

0:00 0:10:24 0:00

'Sizin məhbuslar, bizim silahlar' – Trampla Əliyev arasında 'Böyük razılaşma' olacaq?

Prezident İlham Əliyev iyulun 13-də IV Şuşa Qlobal Media Forumunun açılışında Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəlişin tam köhnəldiyini deyib, onun ləğvinin vacibliyindən danışıb.

O deyib ki, Azərbaycan və Ermənistan ötən il Ağ Evdə Prezident Donald Trampın iştirakı ilə sülh sazişini paraflayıblar. Prezident əlavə edib ki, sonra isə Azərbaycan Ermənistana olan məhdudiyyətləri birtərəfli qaydada tam aradan qaldırıb, Rusiyadan, Qazaxıstandan və digər yerlərdən Ermənistana 40 min tondan artıq müxtəlif yük daşınıb.

Prezidentin sözlərinə görə, Azərbaycan özü neft məhsullarını Ermənistana təchiz etməyə başlayıb, 10 min tondan artıq məhsul artıq daşınıb:

“Xüsusən də indiki dövrdə bir çox ölkələr yanacaq mənbəyinə çıxışdan əziyyət çəkir və Ermənistan isə Azərbaycan kimi etibarlı mənbəyə əsaslanır. Əgər bu olmasaydı, onlar qazı və dizeli dünyanın digər yerlərindən axtarmalı olmalı idilər. Bütün bunlar onu göstərir ki, düzəliş (907-ci – red.) tam köhnəlib və tamamilə aradan qaldırılmalı, ləğv edilməlidir”.

907-ci düzəliş və ya 907-ci maddə (Section 907) — 1992-ci ildə ABŞ Konqresində qəbul edilib. "Azadlığı müdafiə aktı"a əlavə edilən bu sənəd Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən qanunvericilik aktıdır.

ABŞ prezidentləri düzəlişi ayrı-ayrı illərdə, o cümlədən ötən il dondurub.

Əliyev '907'ni niyə tam ləğv etdirə bilmir?
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Təhlilçilər ABŞ Konqresində hansısa qanunvericilik aktının ləğvinin onun qəbulundan daha çətin olduğunu deyirlər. İndiyədək bəzi konqresmenlər 907-ci düzəlişin ləğvi təşəbbüsü ilə çıxış edib. Bir müddət əvvəl ABŞ-də yerləşən Atlantik Şurasının analitikləri yazırdılar ki, konqresdə hər hansı bir qanunverici təşəbbüsünü keçirmək çətin olsa da, Azərbaycan bunun qarşılığında ABŞ-də hər iki partiyanın yüksək qiymətləndirəcəyi bir addım ata —əsassız həbs edildiyi bildirilən şəxsləri azadlığa buraxa bilər. Yerli inşan haqları müdafiəçiləri ölkədə 328 siyasi məhbus olduğunu deyirlər.

Bir sıra konqresmenlər isə 907-ci düzəlişin ləğvinin Azərbaycanı Qarabağdakı hərbi əməliyyatlara və insan haqları pozuntularına baxmayaraq mükafatlandıracağını deyirlər.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətrafdakı yeddi rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. Elə bundan sonra Qarabağdan erməni əhali köç edib.

Ötən ilin avqustunda Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Paraflanmış mətndə tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır.

XS
SM
MD
LG