Keçid linkləri

Təcili xəbərlər
2019, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 15:06

Elinanın anası: 'Pul toplamağa ehtiyac qalmadı...'


Mərhum Elina Hacıyevanın oxuduğu məktəbin önündə anım mərasimi keçirilib
Gözlə

No media source currently available

0:00 0:05:02 0:00

Mərhum Elina Hacıyevanın oxuduğu məktəbin önündə anım mərasimi keçirilib

İntihar cəhdindən sonra vəfat etmiş məktəbli Elina Hacıyevanın ölümüylə bağlı cinayət işi üzrə istintaqın gedişində onun ailəsinin hüquqlarını üç vəkil müdafiə edəcək. Bunlar Sevinc Əliyeva, Azər NağıyevEmin İsayevdir. Bu barədə AzadlıqRadiosuna Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

Aprelin 23-də E.Hacıyevanın anası Vəkillər Kollegiyasına gəlib, zərərçəkmişin hüquqi varisi qismində onun hüquqlarını müdafiə edəcək vəkillərlə müqavilə bağlayıb. Adları çəkilən vəkillər ailəyə pulsuz hüquqi yardım göstərəcək.

E.Hacıyevanın anası Sevil Hüseynova da AzadlıqRadiosuna məlumatı təsdiqləyib.

«Vəkil üçün pul toplamağa ehtiyac qalmadı. Güman edirəm ki, vəkil olandan sonra istintaqın gedişi barədə daha çox məlumat əldə edərik. Bizi hüquqi məsələlərlə bağlı istiqamətləndirər. İndiyə qədər iki dəfə dindirilmişəm. Bildiyimizə görə, yalnız bir nəfər – məktəbin direktoru cinayət məsuliyyətinə cəlb olunub. Başqa heç nədən xəbərimiz yoxdur. Bu da bizi qane eləmir», - S.Hüseynova bildirib.

Xatırlatma

Bakıda 162 saylı məktəbdə oxuyan Elina Hacıyeva bu il aprelin 4-də məktəbdə intihara cəhd edib. O, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, aprelin 6-da orada vəfat edib.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şagirdin intihar cəhdinə səbəb kimi məktəbdə ona pis münasibət olduğu qeyd edilir.

Artıq E.Hacıyevanın təhsil aldığı 162 saylı məktəbin direktoru Sevinc Abbasovanın, direktor müavini Lalə Məhərrəmovanın, sinif rəhbəri Çimnaz Mehdiyevanın və həmin təhsil müəssisəsinin psixoloqu Könül Ağayevanın işdən çıxarıldığı açıqlanıb.

Üstəlik, məktəb direktoru S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG