Keçid linkləri

Təcili xəbərlər
2020, 10 Aprel, Cümə, Bakı vaxtı 07:56

Elinanın anası həkimlərin cəzalandırılması üçün məhkəməyə üz tutdu


Bir intiharın tarixçəsi: Prezidentin 'Elina işi'ni nəzarətə götürməsi və məhkəmənin hökmü
Gözlə

No media source currently available

0:00 0:08:39 0:00

Bir intiharın tarixçəsi: Prezidentin 'Elina işi'ni nəzarətə götürməsi və məhkəmənin hökmü

162 saylı orta məktəbdə intihar edən 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümüylə bağlı yeni məhkəmə iddiası qaldırılıb.

İstintaqda direktordan başqa, bir sıra adamlarla bağlı da araşdırma aparılmışdı. Lakin istintaqın sonunda o adamların haqqında cinayət işi başlamaqdan imtina olunmuşdu. Söhbət Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, Kliniki Tibbi Mərkəzin (Semaşko) həkimləri, məktəbin tərbiyə işləri üzrə direktor müavini Lalə Məhərrəmova, psixoloqu Könül Ağayeva, Elinanın sinif rəhbəri Çimnaz Mehdiyeva, məktəbin tibb bacısı Ləman Nuriyevadan gedir. Onların haqqında cinayət işinin rədd edilməsi barədə qərardan Elinanın anası Sevil Hüseynova məhkəməyə şikayət verib. Şikayətə fevralın 17-də Səbail rayon Məhkəməsində hakim Anar Tanrıverdiyev baxacaq.

Bu barədə AzadlıqRadiosuna S.Hüseynovanın vəkilləri məlumat verib. Bildiriblər ki, S.Hüseynova qızının ölümündə həkimlərin və direktor müavini Lalə Məhərrəmovanın günahı olduğunu iddia edir və onların cəzalandırılmasında israrlıdır.

S.Hüseynovanın vəkilləri həkimlər və direktor müavini haqqında cinayət işi başlanması üçün Bakı Şəhər Prokurorluğuna da ayrıca ərizə verib. Ərizəyə hələ ki, cavab almayıblar.

Xatırlatma

Bakıda 162 saylı məktəbdə oxuyan Elina Hacıyeva ötən il aprelin 4-də özünü üçüncü mərtəbədən atıb, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, aprelin 6-da orada vəfat edib.

Hadisə ilə bağlı öncə CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlansa da, sonradan xitam verilib. Məktəbin direktoru Sevinc Abbasova CM-in 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq -ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə məsuliyyətə cəlb olunub. İstintaq və məhkəmə dövründə o, ev dustaqlığında saxlanılıb. Səbail Rayon Məhkəməsinin hökmüylə ona 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası (elektron qolbaqla hərəkət) kəsilib. Bu hökmdən təqsirləndirilən direktor da, Elinanın yaxınları da narazı qalıb. Direktor özünü təqsirli bilmir və bəraət istəyir. Elinanın anası isə ona verilən cəzanın çox yüngül olduğunu deyir, həbs olunmasını tələb edir. Hər iki tərəf apellyasiya şikayət versə də, Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

XS
SM
MD
LG