Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:58

Elinanın ailəsi keçmiş direktor barədə hökmdən şikayət verib


Bir intiharın tarixçəsi: Prezidentin 'Elina işi'ni nəzarətə götürməsi və məhkəmənin hökmü
Gözlə

No media source currently available

0:00 0:08:39 0:00

Bir intiharın tarixçəsi: Prezidentin 'Elina işi'ni nəzarətə götürməsi və məhkəmənin hökmü

162 saylı orta məktəbdə 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümünə görə məktəbin keçmiş direktoru Sevinc Abbasova barədə çıxarılan hökmdən zərərçəkmiş tərəf şikayət verib. Bu barədə AzadlıqRadiosuna Elinanın anası Sevil Hüseynovanın nümayəndəsi və vəkili Sevinc Əliyeva bildirib.

Vəkil deyir ki, onlar həm keçmiş direktora təyin edilən cəzanın yüngüllüyündən, həm də ailəyə dəymiş maddi və mənəvi ziyanla əlaqədar qaldırdıqları mülki iddia barədə qərardan narazı qalıblar.

«Cəza açıq-aşkar yüngüldür»

«Apellyasiya şikayətimizdə də göstərmişik ki, Sevinc Abbasovaya təyin edilən cəza açıq-aşkar yüngüldür. Biz ona azadlıqdan məhrumetmə cəzasının verilməsini tələb edirik. Həm də ittiham olunduğu maddələrdə nəzərdə tutulan sanksiyaların yuxarı həddində», - vəkil bildirib.

Zərərçəkmiş tərəf Elinanın ölümünə görə ailəyə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbiylə məhkəmədə həm təqsirləndirilən direktora, həm də Təhsil Nazirliyinə qarşı 100 min manatlıq mülki iddia qaldırmışdı. Bu məbləğin hər ikisindən tutulub, Elinanın anasına ödənilməsi istənilirdi. Lakin Səbail rayon Məhkəməsi Təhsil Nazirliyinə münasibətdə mülki iddianı təmin etməyib. Direktora münasibətdə isə onun üzərinə zərərçəkmişə 18 min 500 manat (10 min mənəvi, 18 min 500 manat maddi ziyana görə) ödəmək öhdəliyi qoyulub.

Zərərçəkmişin nümayəndələri bu qərardan da narazı qalıb.

Elina Hacıyeva işi: Məktəb direktoru həbs olunmadı
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

«Hesab edirik ki, Təhsil Nazirliyinə münasibətdə də mülki iddia təmin olunmalıdır. Çünki baş verənlərə görə nazirlik məsuliyyət daşıyır – vaxtında Sevinc Abbasovanın hərəkətlərinin qarşısını almadığına görə. İkincisi, həm maddi, həm də mənəvi ziyanın əvəzi kimi məhkəmənin müəyyənləşdirdiyi 18 min 500 manat çox aşağı rəqəmdir. Mülki iddiamızın tam təmin olunmasını istəyirik – həm məbləğ məsələsində, həm də Təhsil Nazirliyi və direktora münasibətdə», – vəkil S.Əliyeva belə deyir.

Keçmiş direktor da narazıdır

Təqsirləndirilən sabiq direktor S.Abbasovanın özü də hökmdən narazı qalıb. O da apellyasiya şikayəti verəcək. Bu barədə onun vəkili Sadiq Bağırov məlumat verib. Vəkil bildirib ki, apellyasiya şikayətini bu gün (noyabrın 13-də) məhkəməyə təqdim edəcəklər. S.Abbasova özünü təqsirli bilmir və şikayətində də ona bəraət verilməsini, haqqındakı cinayət işiylə əlaqədar xitam qərarı çıxarılmasını istəyir.

Səbail rayon Məhkəməsinin hökmü ilə S.Abbasovaya onun ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla, 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası (elektron qolbaqla gəzmək) verilib. S.Abbasovaya saat 23:00-dan 07:00-a qədər yaşadığı evdən çıxmaq qadağan olunub.

Xatırlatma

Bakıda 162 saylı məktəbdə oxuyan Elina Hacıyevanın bu il aprelin 4-də özünü üçüncü mərtəbədən atdığı, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, sonradan (aprelin 6-da) vəfat etdiyi bildirilmişdi.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət bəsləndiyi qeyd olunur. E.Hacıyevanın təhsil aldığı 162 saylı məktəbin direktoru Sevinc Abbasovanın, direktor müavini Lalə Məhərrəmovanın, sinif rəhbəri Çimnaz Mehdiyevanın və həmin təhsil müəssisəsinin psixoloqu Könül Ağayevanın işdən çıxarıldığı açıqlanıb.

Məktəbin keçmiş direktoru S.Abbasova CM-in 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə məsuliyyətə cəlb olunub. İstintaqın gedişində 125-ci maddəyə (özünü öldürmə həddinə çatdırma) xitam verilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG