Keçid linkləri

2026, 08 May, cümə, Bakı vaxtı 19:39

'Elina işi'. Yeniyetmənin ölümü necə araşdırılır (Xronologiya)

Bakıda 162 saylı məktəbdə oxuyan Elina Hacıyevanın bu il aprelin 4-də özünü üçüncü mərtəbədən atdığı, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, sonradan (aprelin 6-da) vəfat etdiyi bildirilmişdi.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət bəsləndiyi qeyd olunur. E.Hacıyevanın təhsil aldığı 162 saylı məktəbin direktoru Sevinc Abbasovanın, direktor müavini Lalə Məhərrəmovanın, sinif rəhbəri Çimnaz Mehdiyevanın və həmin təhsil müəssisəsinin psixoloqu Könül Ağayevanın işdən çıxarıldığı açıqlanıb.

«Məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib»,-Baş Prokurorluğun açıqlamasında belə yazılmışdı.

Məhkəmənin hazırlıq iclasında bəlli olub ki, istintaqın gedişində 125-ci maddəyə (özünü öldürmə həddinə çatdırma) artıq xitam verilib.

14:40 18.9.2019
Keçmiş məktəb direktoru Sevinc Abbasova
Keçmiş məktəb direktoru Sevinc Abbasova

İttiham aktı oxunub

İntihar etdiyi bildirilən məktəbli Elina Hacıyevanın ölümü ilə bağlı proses bu gün, sentyabrın 18-də Səbail Rayon Məhkəməsində davam etdirilib. Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.

Prokuror əvvəlcə ittiham aktını elan edib.

İttihamda qeyd olunub ki, 8E sinif şagirdi E.Hacıyeva dərslərə gecikib, geyimi məktəbli formasına uyğun olmayıb. Habelə, ittihamda vurğulanıb ki, bundan öncə bir dəfə məktəbdə ülgüclə boğazını kəsərək intihara cəhd edib.

İttiham aktında o da qeyd edilib ki, şagirdlər daim E.Hacıyevanı sıxışdırıb, lakin direktor Sevinc Abbasova bununla bağlı ciddi addım atmayıb. İttihamda bildirildiyinə görə, o, sadəcə E.Hacıyevanın anasına şifahi məlumat verməklə kifayətlənib.

İttiham aktında həmçinin, qeyd edilib ki, E.Hacıyeva bu il aprelin 4-də özünü məktəbin 3-cü mərtəbəsindən atandan sonra S.Abbasova təcili tibbi yardımı vaxtında çağırmayaraq, məktəblinin həyatını təhlükədə qoyub.

İttihama münasibət bildirən keçmiş direktor S.Abbasova isə özünü təqsirli bilmədiyini deyib.

Bundan bir həftə öncə, sentyabrın 12-də Səbail Rayon Məhkəməsində bu iş üzrə hazırlıq iclası olmuşdu.

Orada E.Hacıyevanın valideynləri dəymiş mənəvi zərərə gör həm Təhsil Nazirliyi, həm də S.Abbasovaya qarşı 100 min manatlıq mülki iddia qaldırmışdılar. Bu vəsatət məhkəmənin icraatına qəbul edilmişdi.

Video arxiv

Elina Hacıyeva işi: Məktəb direktoru həbs olunmadı
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

Mərhum Elina Hacıyevanın oxuduğu məktəbin önündə anım mərasimi keçirilib
Gözlə

No media source currently available

0:00 0:05:02 0:00

Arxiv

'Elina işi'ndə 125-ci maddə götürülüb

Elinanın anası icra başçısının müavini ilə üzləşdirildi

Elina Hacıyeva işində direktor həbs olunmadı [Video]

Prokurorluq Elina Hacıyevanın vəkillərinə cavab verib

Elina Hacıyevanın ailəsinin tələbləri var

Elinanın anası: 'Pul toplamağa ehtiyac qalmadı...'

Elina Hacıyevanın anası: 'Vəkil 2 min pul istədi…'

Elinanın oxuduğu məktəbin direktoru ev dustağı oldu

Anım mərasiminə polis və mülkigeyimlilərin müdaxiləsi olub (Video)

Məktəb direktoru şagirdin intiharı araşdırması ilə bağlı vəzifəsindən kənarlaşdırılıb

XS
SM
MD
LG