Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 20:25

Elin Süleymanov: 'ABŞ bir çox müttəfiqini məyus edib'


Elin Süleymanov

«Son 8 ildə ABŞ-ın apardığı xarici siyasət bu ölkənin bir çox müttəfiq və tərəfdaşlarını məyus edib».

Yanvarın 17-də Dövlət Departamentində ABŞ-ın yeni administrasiyasından xarici siyasət gözləntilərinə dair keçirilən konfransda Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanov belə deyib.

Konfransı Amerika Xarici Siyasi Xidməti Assosiasiyası təşkil edib.

Tədbirin əsas məqsədi Vaşinqtonda akkreditə olunmuş diplomat və ekspertlərin iştirakı ilə fikir mübadiləsi aparılması olub.

Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun da çıxışı dinlənilib.

Buna da bax-Obama-nın prezidentliyi Azərbaycana nə verdi? Trump-dan nə gözləyirlər?

E.Süleymanov Azərbaycan-ABŞ mövcud münasibətlərinin tarixi barədə məlumat verib. O deyib ki, son 8 ildə ABŞ-ın apardığı xarici siyasət bir çox müttəfiq və tərəfdaşları məyus edib.

O, yeni administrasiyanın ardıcıl, strateji yanaşma tətbiq etməklə suveren, qarşılıqlı hörmət və maraqlar əsasında öz tərəfdaşları ilə münasibətləri inkişaf etdirəcəyinə ümidvar olduğunu bildirib.

Konfransın sual-cavab hissəsində natiqlər iştirakçıların çoxsaylı suallarına cavab verib və xarici siyasi məsələlərə dair öz fikirlərini bölüşüb.

Tədbiri təşkil edən Amerika Xarici Siyasi Xidməti Assosiasiyası 1960-cı ildə yaradılıb.

Onun əsas vəzifəsi ABŞ-ın diplomatik icmasına dəstək verməkdir.

XS
SM
MD
LG