Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 21:44

Əlil: “İlham Əliyev məktubumu alıb cibinə qoydu...” 


İlham və Mehriban Əliyevalar
İlham və Mehriban Əliyevalar

►“Gül bayramında prezidentə yaxınlaşdım, əvvəl Mehriban xanımla, sonra özü ilə salamlaşıb hal-əhval tutdum, sonra da məktubumu ona verdim.

O da alıb cibinə qoydu, dedi, nə köməklik lazımdırsa, edəcək”.

60 yaşlı əlil Qönçə Səmədova deyir, o gündən tam iki il keçir. 2014-cü il mayın 10-da illərlə əlil kimi gözlədiyi güzəştli ev növbəsinin tezləşdirilməsi, əlindən alınmış 12 sot torpaq sahəsinin özünə qaytarılması üçün son çıxış yolunu prezidentin qarşısını kəsməkdə görüb. Bundan ötrü aylarla əlləşib, dəfələrlə cəhdlər edib, nəhayət, Heydər Əliyev Sarayının qarşısında düzənlənmiş tədbirdə istəyinə çatıb:

Gözlə

No media source currently available

0:00 0:01:02 0:00

“Dedim, prezidentdir, bunun bir sözünü iki eləməzlər. Əksinə, 5 gün sonra qəzalı evimin tavanı uçdu, dəmir parçası başıma düşdü, 5 ay yerimdən tərpənə bilmədim”.

Bir az Səmədovların yaşayışı barədə… 60 yaşlı Qönçə xanım tibb işçisidir. 38 saylı poliklinikada işləyir. 35 ildir ki, Xətai rayonunda sahəsi 26 kvadratmetr olan mənzildə yaşayır. Daha doğrusu, bu mənzil qəzalı olduğundan bu ünvandan bir az aralıda başqa ev kirayələyib. Astma xəstəliyindən əziyyət çəkən iki övladının səhhətinə görə qəzalı evdə qalmır. 1992-ci ildən güzəştli ev növbəsindədir.

Kiçik oğlu ailəlidir, iki övladı var. Evsizlikdən məcbur olub üzbəüz qəbiristanlığın ərazisində bir daldanacaq tikib. Ancaq gəlib söküblər. İndi iki azyaşlı uşağı harda saxlasın, bilmir. Digər iki övladı astma xəstəliyindən əziyyət çəkir və onunla birlikdə qalırlar.

____________________________________________________________

Bunlara da bax:
İslam Partiyasının lideri edam edilib
Azərbaycanda milyonlarla insanın kasıblaşacağı gözlənir

____________________________________________________________

“HƏRƏSİNƏ 200 MİN VERDİLƏR”

Deyir, 35 il əvvəl bu ünvana köçəndə təqribən 200 metr aralıda 12 sot torpaq sahəsini götürərək ağaclar əkib, bağ salıb. 11 il əvvəl əlindən alıblar:

“Həmin torpaq sahəsinin 6 sotuna hər bir sənədim vardı, azı 20 ağac əkmişdim. Hasarı, içərisində də tikilim vardı. Bir “Delfin” MMC gəldi, hündür mərtəbəli bina tikəcəkdi deyə, bağımı şumladı. İcra hakimiyyətinin işçiləri məni polislərin gücü ilə torpaqdan çıxardı. Halbuki, həmin ərazidə on iki qonşumun da bağ sahələri vardı, keçən il onların da torpaqlarını götürdülər, ancaq hərəsinə azı 200 min pul verdilər, torpaqları satın aldılar. Bircə məni sahibsiz görüb belə davrandılar”.

Qönçə Səmədovanın sözlərinə görə, qəzalı evinin sağı- solu da tikinti işləri ilə “mühasirəyə” alınıb:

“Pəncərəmin qabağını dəfələrlə tikiblər, sökdürmüşəm. Kanalizasiya xəttimi bağlatdırıblar ki, əziyyət çəkim. İcra hakimiyyəti evimin həndəvərini də satıb. Bilmirəm əlilliyimlə çarpışım, yoxsa məmurların ədalətsizliyilə…”

ZİDD TƏLƏBLƏR?

Xətai rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, Qönçə Səmədovanın mənzili doğrudan da qəzalı və antisanitariya vəziyyətində olub. Qızı və oğlu xəstədir, ancaq xanım bir-birinə zidd tələblər irəli sürür. Buna görə də iddiasında haqlı deyil:

“Ailənin yaşayışının ağır olduğu nəzərə alınıb, kömək məqsədilə mənzilinin sökülüb yenidən tikilməsi təklif olunub. Ailəyə təklif edilib ki, müvəqqəti başqa yerə köçürülsün, inşaat materialları ayrılsın və tikinti aparılsın. Ancaq razılaşmadı. Üçotaqlı mənzil, 6 sot torpaq sahəsi və evinin sökülüb yenidən tikilməsini istəyir. Ancaq İcra Hakimiyyətlərində ev tikintisi dayandırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə tikilən evlərsə şəhid statusu olan şəxslərin ailələrinə və birinci qrup əlillərə verilir. Ərazidə aparılan digər bina tikintiləri isə kommersiya şirkətlərinindir. İstifadəsində olan torpaq sahəsinin ona verilməsi tələbi ilə bağlı o vaxt Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndərdik. Cavab gəldi ki, həmin sahə “Delfin” Məhdud Məsuliyyətli Cəmiyyətin ərazisinə düşdüyündən torpaq sahəsinin Qönçə Səmədovaya verilməsi mümkün deyil”.

Qönçə Səmədova yenə ölkə başçısını qarabaqara izləyir ki, fürsət tapıb ikinci məktubunu ona çatdırsın. Verdiyi tapşırığın üstündən iki il keçməsinə baxmayaraq, hələ də icra olunmadığını desin…

Bunlara da bax: Ebru Gündeş Haydar Aliyevle görüş zamanı

XS
SM
MD
LG