Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:42

Əlil arabasından gözəllik yarışmasına


Fotomodel (arxiv fotosu).

Dörd il öncə ukraynalı Oksana Kononets-in onurğası sınıb. Oksana o vaxtdan əlil arabasında hərəkətə məhkum olsa da, depressiyaya düşməyib. Bu müddətdə ikinci təhsil alıb və yeni peşə öyrənib - fotomodel olub.

"Nastoyaşeye Vremya" portalı bu qeyri-adi insanın həyatından bir günü göstərən reportaj hazırlayıb.

“ƏLLƏRİM TƏRPƏNMİRDİ”

"Baxın, mənim belə bir fırçam var. Ucuna izolent dolanıb ki, onu dişlərimlə götürəndə fırça yaş olmasın. Həm də bu çox rahatdır, fırça harasa düşə bilməz", – sənətini təkbaşına öyrənmiş vizajist Oksana Kononets özünün gözəllik bloquna növbəti videosunu çəkməyə hazırlaşır. Bu gün o, özü makiyaj edə, saç düzümü yarada, kompüter və telefonda mesaj yaza bilir. Dörd il öncə, bədbəxt hadisənin baş verməsindən sonra isə, başını belə güclə tərpədə bilirdi.

Buna da bax:​ Əlilliyi olan ilk ukraynalı model ABŞ-da podiuma çıxmaq istəyir

Fotomodel (arxiv fotosu).
Fotomodel (arxiv fotosu).

"Onurğamın 2 fəqərəsi tamamilə parçalanmışdı. Orada qəlpələr vardı. Əllərim tərpənmirdi. Bir ay - ayyarımdan sonra reabilitasiya mərkəzinə düşdüm. Əlbəttə ki, orada hər şey çətin idi. Yadımdadır ki, yerdə edilən "mələk" adlı idman hərəkəti ən çətini idi. Ağlaya-ağlaya, qışqıra-qışqıra, qan gələnə qədər dodaqlarımı dişləyə-dişləyə o idman hərəkətini edirdim", – deyə Oksana Kononets xatırlayır.

Oksana inanır ki, bir gün yeriyəcək. Ancaq hələlik, əlil arabasında özünü maksimum reallaşdırmağa çalışır. O, fotomodel olub. Ümumukrayna gözəllik müsabiqəsində qalib gəlib. "Fəth olunmamış gözəllik" adlı fotolayihə təşkil edib.

Buna da bax: İtalyansayağı gözəllik - Sofi Loren və onun 50 il sevdiyi Carlo Ponti...

ONLAR SINMAYIBLAR

"Seçdiyim qızlar sınmayıblar. Onlar aktiv həyat tərzi keçirirlər və hamı kimi yaşaya bildiklərini, hamı kimi televiziyada işləyə, tədbirlərdə şənlənə bildiklərini göstərirlər. İdmanda qalib gələ bilirlər. Eynilə ailə qura və övlad sahibi ola da bilirlər", – Oksana Kononets deyir.

Oksana fotoçəkilişlər üçün peşəkarlar komandası və sponsorlar tapıb. Əlil arabasındakı modelləri isə bütün ölkə boyu axtarıb və toplayıb. Onların arasında jurnalist Yelena Molodanova da var.

"Həyatımızdakı bütün hallara baxmayaraq, ruhdan düşmürük. Eyni dərəcədə gözəl, şən və sevincliyik. Bizdən ötrü əsas olan rahat şəraitin yaradılmasıdır. Özümüz özümüzü reallaşdırmağa yer taparıq. Ən əsası, evdən çıxmağa, istədiyimiz yerə gedib çıxmağa imkanımız olsun", - fotolayihənin iştirakçılarından biri, jurnalist Yelena Molodanova deyir.

Buna da bax:​ Arabadakı əlil bir gün bordürları qırdı

Fotomodel (arxiv fotosu).
Fotomodel (arxiv fotosu).

SINAQLARDAN KEÇƏN ROL

Qeyri-adi modellərin fotoportretlərini əvvəlcə Kiyevdə, sonra isə Ukraynanın başqa şəhərlərində və xaricdə sərgiləmək planlaşdırılır. Bu arada isə Oksana özünün növbəti fotosessiyasına hazırlaşır.

O, hələ fotostudiyaya gedib çıxmalıdır. Yaşadığı evin blokundan çıxmaq, maşına qədər getmək və maşına başqa adamların köməyi olmadan minmək lazımdır. Yalnız bu sınaqlardan sonra rola girmək olar.

Buna da bax:​ Əlil necə paraşütçü oldu? - Fotolar

"Ksyusha-nın amplua spektri çox gözəl və çox genişdir - burada sehrli pəridən tutmuş rokerə qədər hər şey var. Ondan daha universal model görməmişəm. Heç pozaları bədəni ilə göstərə bilənlər də bunu edə bilmirlər. Ksyusha isə bunu təkcə üzü ilə edir", – stilist Alyona Fokina deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG