Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

Əli Həsənov: '2020-ci ildə Azərbaycanda yoxsul qalmayacaq'


Əli Həsənov
Əli Həsənov

«Prezident tapşırıq verdi ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı dövlət proqramı hazırlansın. Hökumət bunu hazırladı və prezidentin rəhbərliyi altında qeyri-neft sektorunun inkişafı başladı».

APA-nın xəbərinə görə, bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov deyib. O vurğulayıb ki, neftin qiyməti düşsə də, Azərbaycan öz iqtisadi stabilliyini itirməyib:

«Çünki qeyri-neft sektoru tədricən inkişaf etdi. Bu gün ümumi daxili məhsulun 60 faizdən çoxu qeyri-neft sektorunun payına düşür. Neftin qiyməti 3-4 dəfə düşdü, əgər prezident o zaman bunu etməsəydi, görün, biz nə vəziyyətə düşəcəkdik? İnşallah, iki ildən sonra, 2020-ci ildə neftdən asılılıq sıfır vəziyyətində olacaq. Artıq o yerə gəlib çatırıq».

Dövlət maaşına necə dolanmaq olur?
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00

Baş nazirin müavini deyib ki, prezident İ.Əliyev hakimiyyətdə olduğu 14 ildə Azərbaycanın inkişafını təmin edib:

«2020-ci ilə qədər Azərbaycan inkişaf etmiş ölkələr sırasında olacaq. Prezidentin fəaliyyətində digər strateji istiqamət yoxsulluğun aradan qaldırılması ilə bağlıdır. Bu gün yoxsulluq həddi 5 faizdirsə, strateji istiqamət 2020-ci ildə yoxsulluğun sıfıra enməsidir. İnşallah, 2020-ci ildə yoxsulluq sıfıra enəcək, Azərbaycanda bir yoxsul belə qalmayacaq. Bu strateji istiqamətdə işlər uğurla icra olunur».

Ancaq müstəqil ekspertlər ölkədə yoxsulluğun 5 faiz olması ilə bağlı rəsmi statistik məlumata şübhə ilə yanaşırlar. Onlar deyirlər ki, ölkədə yoxsulların sayı deyilən rəqəmdən dəfələrlə çoxdur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG