Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:16

Elgiz Qəhrəmanın işinə yenidən baxılacaq


Elgiz Qəhrəman
Elgiz Qəhrəman

NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanın işi yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarıldı. Bakı Apellyasiya Məhkəməsində Sahibxan Mirzəyevin sədrlik etdiyi hakimlər kollegiyası bu haqda qərar verib.

Martın 9-da E.Qəhrəmanın apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib. Gənc fəalın vəkili Fariz Namazlı məhkəməyə qeydlərini təqdim edib. Qeydlər E.Qəhrəmanın işinə birinci instansiya məhkəməsində baxılarkən tərtib olunmuş protokolla bağlıdır. Vəkil deyir ki, məhkəmədə dindirilən şahidlər, əsasən də Ekspertiza Mərkəzinin əməkdaşı Gülşən Hümbətovaya verilmiş suallar, alınan cavablar protokolda yoxdur.

Qanunvericiliyin tələbinə görə, bu cür məsələlərlə bağlı iradlar, protokola yazılı qeydlər olanda iş münasibət bildirilməsi üçün həmin məhkəməyə göndərilir. F.Namazlı da E.Qəhrəmanın işinin yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılmasını istəyib.

Buna da bax-'Ömrü də Şah İsmayıl qədər olsun' statusuna görə 5 il, 6 ay...

Dövlət ittihamçısı Rəsul Abbasov da buna etiraz etməyib.

Məhkəmə vəsatəti təmin edib. Bakı Ağır Cinayətlər Məhkəməsi məsələyə baxıb münasibət bildirənə qədər apellyasiya şikayəti üzrə proses təxirə salınıb.

E.Qəhrəman ötən il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onu bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayaraq, vəkilini yanına buraxmayıblar.

Gənc fəal yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay azadlıqdan məhrum edilib.

E.Qəhrəman həm özü, həm də fəalı olduğu NİDA Vətəndaş Hərəkatı həbsin siyasi motivlərlə gerçəkləşdiyini bəyan edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG