Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:52

Yeni dəniz limanı İqtisadiyyat Nazirliyinə verildi


Ələt limanı
Ələt limanı

Prezident İlham Əliyev aprelin 13-də mətni açıqlanmayan 2813 saylı sərəncam imzalayıb. Sənədin 3.2-ci bəndi Ələt qəsəbəsində tikilməkdə olan beynəlxalq dəniz ticarət limanının ləğv edilmiş Nəqliyyat Nazirliyindən alınaraq İqtisadiyyat Nazirliyinə verilməsini nəzərdə tutur.

Nazirlər Kabineti aprelin 28-də dövlət başçısının qeyd olunan sərəncamının icrası məqsədilə uyğun qərara dəyişiklik edib. Liman Kompleksinin Müdiriyyəti İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan, tabeliyindəki qurumların siyahısına daxil edilib.

LAYİHƏDƏ GECİKMƏLƏR VAR

Ələtdəki liman Şərq-Qərb istiqamətində yüklərin daşınmasının təşkili məqsədilə tikilir. 2010-cu ildə icrasına başlanan layihənin birinci mərhələsinin birinci hissəsi 4 il sonra tamamlanıb. Limanda yükaşırma işlərinə 2016-cı ildə başlamaq nəzərdə tutulsa da, hələlik tranzit və idxal-ixrac yükləri Bakı buxtasındakı limanda yüklənib-boşaldılır.

Limanın tikintisinə 400 hektar torpaq sahəsi ayrılıb. Layihənin birinci mərhələsi bərə terminalı, konteyner meydançası, ağır yüklərin yerləşmə sahəsi və yük maşınlarının dayanacaq sahəsinin və anbarların tikintisini nəzərdə tutur. Burada dəmiryol xətləri, ümumi yük, Ro-Ro və xidmət körpüləri və inşa olunur. İşlərin 60 faizinin yerinə yetirildiyi bildirilir.

Birinci faza üzrə layihə tamamlama tarixi üç mərhələyə bölünüb. Birinci mərhələ - bərə (dəmiryol) terminalının tikintisi 2014-cü ilin sentyabrında tamamlanıb; ikinci mərhələ - Ro-Ro körpüsünin tikintisi 2016-cı ildə, qalan işlərin tamamlanması isə 2017-ci ilə planlaşdırılır. Birinci faza üzrə ümumi işlərin 60%-i tamamlanıb.

Qrafik üzrə bu il başa çatdırılmalı olan birinci mərhələdə Yeni Ələt Limanının ümumi yükaşırma gücü 11.5 milyon tona qədər yük və 50 minə qədər konteynerdir. İkinci və üçüncü fazaların tikintisi limanın illik yükaşırma imkanının 21–25 milyon ton yükə və 1 milyon konteynerə çatdırılmasını nəzərdə tutur.

LİMANDA ATZ DƏ YERLƏŞƏCƏK

Burada Azad Ticarət Zonasının (ATZ) qurulmasından ötrü xarici tərəfdaşlarla iş aparılmaqdadır. ATZ-yə 10 hektar torpaq sahəsi ayrılıb. Burada yük avtomobilləri üçün parkinq, beynəlxalq və daxili logistika mərkəzləri yerləşəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG