Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi yaradacaq.
Nazirliyin məlumatına görə, sistem mərkəzləşdirilmiş elektron informasiya sistemi daxilində yaradılır. Altsistemin 2019-cu il iyunun 1-dən fəaliyyətə başlaması nəzərdə tutulur.
Nazirlik bildirir ki, bu altsistem valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun elektron qaydada aparılmasına imkan verəcək.
Sistemin övladlığagötürmə sahəsində digər xidmətlərin göstərilməsini də təmin edəcəyi bildirilir.
Xatırlatma
Azərbaycan prezidenti dünən, dekabrın 10-da “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb.
Övladlığagötürmə məsələlərinin elektron xidmətlər yolu ilə reallaşdırılması məsələsi həmin sənəddə təsbit edilib.