Keçid linkləri

Təcili xəbərlər
2023, 27 Sentyabr, çərşənbə, Bakı vaxtı 20:05

İnternet olmayan kəndlərdə 'elektron hökumət' necə ola bilər?


Ermənistanın müdafiə naziri Naxçıvanla sərhəddə baş verənlərdən danışır
Gözlə

No media source currently available

0:00 0:14:40 0:00

Ermənistanın müdafiə naziri Naxçıvanla sərhəddə baş verənlərdən danışır

Azərbaycanda “online” dövlət xidmətlərinin sayının artırılması elektron hökumət layihəsinin hədəflərindən biridir.

Amma onun hədəfə çatdığına şübhə edənlər var. Hər şeydən əvvəl ona görə, online olmaq Azərbaycanın hər yerində mümkün olmur, fiberoptik kabellərin çəkilməsi başa çatmayıb.

Məsələn, İmişli rayonunun Ağamalılar kəndinin sakini, 55 yaşlı Bəxtiyar Məmmədov deyir ki, elektron hökumətdə mövcud olan xidmətlər üçün belə, rayon mərkəzinə getməyə məcburdular, kənddə internet yoxdur:

“İş olanda, gedirik rayona. Burda mümkün deyil. Burda nə mümkündür ki, internet də mümkün olsun. Sosial yardım üçün sənəd göndərəndə də rayon mərkəzinə gedirik. Amma ora getməyə yolumuz da yoxdur. Gənclər köçüb gedib burdan. Hamısı kirayədə orda-burda yaşayır”.

İmişlinin Telekommunikasiya İdarəsindən verilən məlumata görə, rayonun 50 yaşayış məntəqəsinin cəmi 20-sində kabel telefon var.

Elektron hökumət layihəsinin monitorinqini aparan, media üzrə hüquqşünas Ələsgər Məmmədli deyir ki, bütün ölkədə internetə keyfiyyətli çıxışın olmaması elektron hökumətin reallaşdırılması üçün əsas problemlərdən biridir. Onun sözlərinə görə, indiyə qədər kabellər əsasən rayon mərkəzlərinə çəkilib, amma Azərbaycanda 4 mindən çox kənd var:

“Nə qədər “offline” xidmət varsa, online xidmətə keçməlidir. Məsələn, mən şəxsiyyət vəsiqəm üçün dövlət idarəsinə gedib müraciət edirəmsə, mən artıq pin kodumu yazıb, elektron hökumətlə ala bilməliyəm. Fiziki olaraq tibbi müayinəyə gedib tibbi arayış almağım istisna olmaqla arxivdə olan tibbi məlumatlarımı ala bilməliyəm”.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Ələsgər Məmmədli deyir ki, hazırda bir çox dövlət idarələrinin təqdim etdiyi online xidmətlər hələ də kasaddır. Məsələn, Ədliyyə Nazirliyi lazımlı informasiyaları təqdim etmək əvəzinə, tutaq ki, “adınızın mənası” kimi məlumatı təqdim edir.

Ekspert deyir ki, elektron hökumətin bir problemi də odur ki, eyni xidməti iki quruma bağlayıblar. Məsələn, elektron kodla elektron hökumətə daxil olmaq mümkün olduğu halda, tutaq ki, bəyannamə göndərmək üçün bir də əlavə olaraq “Asan imza” tələb olunur. “Asan imza”nı saxlamaq üçün isə hər ay 2 manat 50 qəpik ödəmək lazımdır.

Bakı sakini Sevil Söhbətova da deyir ki, bugünlərdə ünvanlı sosial yardımla bağlı elektron müraciət göndərib, amma müraciəti uğurlu olmayıb:

“Biz ünvanlı social yardım üçün müraciət etdik, bizə cavab gəldi ki, sənədləriniz düzgün deyil, amma nəyi düzgün deyil, bizə deyilmədi”.

Bu ilin martında, prezidentin fərmanı ilə elektron hökumətin idarə olunması, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə verilib.

Quruma müraciət etsək də, gün ərzində suallarımıza cavab ala bilmədik. Rəsmi Azərbaycan qəzetinin bu ilin sentyabrında dərc etdiyi məlumatına görə, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib ki, ölkədə rəqəmsal hökumətin inkişafı sahəsində yeni fəaliyyət planı həyata keçirilir və görülən bütün bu işlər Avropa təcrübəsinə əsaslanır.

"Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin direktoru Fariz Cəfərovun “Report”a müsahibəsində deyib ki, elektron xidmətlər təkmilləşdirilir:

“Hansı dövlət qurumunda ki, informasiya elektronlaşmayıb, onlar elektronlaşacaq. Dövlət qurumları arasında inteqrasiya tam təmin olunacaq, bu da imkan verəcək ki, vətəndaşlar qurumlara sənədlər təqdim etməyəcək, sadəcə PİN nömrəsini təqdim etməklə onlara aid olan məlumatlar tapılacaq. Bir dövlət qurumuna verilən məlumatı digər dövlət qurumu tələb etməyəcək”.

AzadlqıRadiosu Bakı sakinlərinin də bu barədə fikirlərini öyrənib:

Hansı elektron xidmətdən istifadə edirsiz?
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı sərəncamla, 2010-2012 –ci illərdə "Elektron Azərbaycan" dövlət proqramı işə düşüb, məqsəd məmur-vətəndaş təmasını azalmaq, idarəetmədə şəffaflığı artırmaq olub.

XS
SM
MD
LG