Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Ekspertlər qəzaya səbəbin korrupsiya və qeyri-peşəkarlıq olduğunu deyirlər


Elmar Vəliyevi güllələyən Yunis Səfərov nələr deyir?
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Elmar Vəliyevi güllələyən Yunis Səfərov nələr deyir?

Ekspertlər qəzaya səbəbin korrupsiya və qeyri-peşəkarlıq olduğunu deyirlərəza baş vermiş Mingəçevir İstilik Elektrik Stansiyasında son durum necədir? Burda qəza niyə baş verib? Qəzadan sonra çəkilən videolarda nimdaş görünən stansiyanın imkanları reallıqda nə qədərdir?

“Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev deyir ki, bu sahədəki problemləri araşdırıb və rəyi belədir: Stansiyanın qəza baş verən blokunda vaxtında təmir aparmağa “Azərenerji” imkan vermirmiş:

“Əsaslı təmirdən əlavə bloklarda hər il əslində cari təmir aparılmalı idi, amma bu qurğuları heç vaxt dayandırmağa və həmin yoxlanışları keçirməyə icazə verməyiblər”.

Jurnalist Fərman Nəbiyev deyir ki, Mingəçevir İstilik Elektrik Stansiyasında ciddi kadr çatışmazlığı var, yaxşı mütəxəssislər ordan uzaqlaşdırılıblar, işçilərin sayı Sovet dövrünə nisbətən üç dəfəyə qədər azaldılıb.

Onun sözlərinə görə, qəza baş verərsə, sistemin işə düşməsini təmin edəcək, avtomatlaşdırılmış Skada sistemi burda hələ də tam qurulmayıb.

“Azərenerji”mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı isə AzadlıqRadiosuna müsahibəsində deyir ki, qurum lazım olan bütün təmir işlərini həyata keçirib. O texniki detallar haqqında isə bunları dedi:

"Gərək araşdırma başa çatsın ki, bizim texniki heyət sizin sualları cavablandırsın".

Bakıda Sosial və İqtisadi İnkişaf Mərkəzinin iqtisadçısı Rəşad Həsənov deyir ki, son 15 ildə ölkənin enerji təsərrüfatının qurulmasına milyardlarla dollar pul ayrılıb, amma düzgün olmayan idarəetmə elektrik böhranına səbəb oldu:

“Mingəçevir İES -də son yenidənqurma işləri 2010-2017-ci illərdə aparılıb. Bundan əvvəl 1997-ci 2010-ci illərdə də bir dəfə təmir aparılıb, amma nəticədə nə baş verdi? Qəza baş verdi”.

“Azərenerji”nin son açıqlamasına görə, qəzaya səbəb havaların qızması, şəbəkənin normadan 40 faiz daha artıq yüklənməsi olub.

Amma iyulun 4-də keçirilən müşavirədə prezident İlham Əliyev belə bu versiyaya inanmadığını deyib, yaradılmış komissiyanın səbəbləri araşdıracağını bildirib.

Azərbaycan Texniki Universitenin dosenti, əməkdar mühəndis Qara Həsənov APA TV-yə müsahibəsində deyir ki, o, qəza vaxtı, kabellər və rele mühafizə sistemlərinin yanlış siqnallarla işlədiyini ehtimal edir. Mühəndis deyir ki, qəzaya etinasızlıq və işə qeyri-ciddi münasibət səbəb olub:

“Bu hadisədə etinasızlıq, tədbirlərin görülməməsi olub... Burada bardürlər qoyulmalı idi, yağın axın istiqaməti bilinməli idi, yağ gedib kabelin kanalına dolmamalı idi. Energetikada etinasızlığın fəlakətə səbəb olması qaçılmazdır”.

Bəs Azərenerjinin işi necə sağlamlaşdırıla bilər? Bəzi ekspertlərin dediyi kimi özəlləşdirmə çıxış yolu ola bilərmi?

İqtisadi təhlilçi Rəşad Həsənov deyir ki, indiki halda, energetika sisteminin çökməsinin bir neçə səbəbi var- korrupsiya, etinasızlıq, pis idarəetmə və sair. Onun sözlərinə görə, bu cür problemləri olan müəssisə heç sahibkarlara da özəlləşdirmə üçün maraqlı olmaz. Dövlət bir sıra tədbirlər həyata keçirəndən sonra müəssisəni özəlləşməyə aça bilər.

AzadlıqRadiosu bu mövzuda Bakı sakinlərinin də fikrilərini öyrənib:

Hökuməti daha yaxşı idarə etmək üçün nə etmək lazımdır?
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

Qəza baş verən “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci enerji bloku 1981-ci ildə, səkkizinci enerji bloku isə 1990-cı ildə istismara verilib. Bura Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılır. Stansiyanın ümumi gücü 2400 meqavatdır.

Azərbaycanın əksər rayon və şəhərləri iyulun 2-dən 3-ə keçən gecə bu stansiyanın transformatorunda baş verən qəza ilə elektriksiz qalıb, Bakıda metro işini dayandırıb, evlərə gələn su bir neçə gün kəsilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG