Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:21

Elektrik stansiyaları təkmilləşdiriləcək


Azərbaycandakı bəzi kiçik və orta elektrik stansiyaları təkmilləşdiriləcək.

Prezident İlham Əliyev noyabrın 30-da bununla bağlı sərəncam imzalayıb.

Sənəddə vurğulanır ki, sərəncamın məqsədi Bakıda və regionlarda kiçik və orta elektrik stansiyalarının real generasiya gücünü artırmaq, sabit fəaliyyətini təmin etməkdir.

Sərəncama əsasən, “Bakı”, “Astara” və “Yenikənd” elektrik stansiyalarında təmir-bərpa işləri görüləcək. Həmçinin zəruri avadanlıqların tədarük edilməsi nəzərdə tutulur.

Sənəddə bu məqsədlə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 12 milyon manatın ayrıldığı qeyd olunur.

Xatırlatma

Bu ilin yayında Azərbaycanda elektrik təchizatında problemlər yaranmışdı.

Mingəçevirdə İstilik Elektrik Stansiyasında qəza baş vermiş, ölkənin böyük hissəsi uzun müddət elektriksiz qalmışdı. Növbəti günlərdə də yanğın və qəza baş verməsi üzündən ölkənin müəyyən hissəsi yenidən eyni problemlə üzləşmişdi.

Həmin vaxt prezident bununla bağlı xüsusi müşavirə keçirmişdi. Həmin toplantıda qəzanı “ciddi siqnal” adlandıran İlham Əliyev bu sahədə bəzi tədbirlərin görüləcəyini demişdi.

XS
SM
MD
LG