Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:39

Metroda işıqların sönməyəcəyi deyilir


“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) 9,5 milyon manatlıq iki generator aldığı bildirilir.

Bu generatorların sərnişin qatarlarının fasiləsiz işini təmin etməkdən ötrü alındığı deyilir.

Bu haqda “Turan” Agentliyi tender komissiyasına istinadən məlumat verir.

Məlumata görə, satınalmalar birbaşa müqavilə ilə, yəni satınalma prosedurları aparılmadan həyata kçeirilib.

Avqustun 30-da "Bakelektro" Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə 3 milyon 267,6 min manat (1,6 milyon avrodan çox) məbləğində ilk müqavilə bağlandığı bildirilir.

Məlumatda vurğulanır ki, başqa müqavilə sentyabrın 6-da "MTU Motor Türbin Sanayi ve Ticaret A.Ş" Türkiyə şirkəti ilə imzalanıb. Bu müqavilənin məbləğinin də 6 milyon 330 min manat olduğu qeyd edilir.

Xatırlatma

“Bakı Metropoliteni” QSC-də elektrik kəsintisi zamanı sərnişin qatarları qaranlıq tünellərdə qalmalı olur.

Sonuncu dəfə belə hadisə bu il iyulun 4-də Mingəçevir şəhərində Azərbaycan İstilik Elektrik Stansiyasında baş verən qəza zamanı yaşanmışdı.

Həmin vaxt yüzlərlə sərnişinin tuneldə qaldığı, növbəti stansiyaya piyada getməli olduqları bildirilirdi.

O vaxt keçirilən müşavirədə prezident də bu məsələyə toxunmuşdu.

XS
SM
MD
LG