Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:38

Ölkəni zülmətə bürüyən problemin qaranlıq tərəfləri


5 milyard dollar qoyuldu – enerji bir gecədə kəsildi: ekspertlər sirli enerji problemini izah edir
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

5 milyard dollar qoyuldu – enerji bir gecədə kəsildi: ekspertlər sirli enerji problemini izah edir

Necə olur ki, bir elektrik stansiyasında qəza baş verən kimi az qala bütün ölkə, 39 rayon və şəhər qaranlığa bürünür? Ölkənin işığı obrazlı desək, elə bir elektrik düyməsinə bənddirmi?

Bu sual – dünən gecə, bütün ölkədə işıqlar sönəndə aktuallaşdı.

Az sonra rəsmi məlumat yayıldı ki, Mingəçevir İstilik Enerji stansiyasında avadanlıqlardan biri sıradan çıxıb.

Prezident Aparatının məlumatında deyilir ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə edib, transformator da buna görə sıradan çıxıb. “Vəziyyət Azərbaycan Respublikası Prezidentinin daim nəzarətindədir", deyə məlumatda bildirilir.

Bir neçə gündür ki, Azərbaycanda rekord istilər yaşanır, temperatur bəzi yerlərdə 44 dərəcəni keçib.

Bəs bir transformator sıradan çıxanda bütün ölkə qaranlıqda qalarmı? “Azərenerji”nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı deyir ki, bütün sistem bir birinə bağlıdır. Lakin o bunu demir ki, niyə işıqlar bir yerdə hadisə olanda sönməsin deyə, tədbir görülmür.

Azerenerjinin saytındakı məlumatdan görünür ki, Naxçıvan da daxil olmaqla, Azərbaycanda 32 obyektdə elektrik istehsal olunur. Yəni, Mingəçevir elektrik istehsal olunan yeganə yer deyil.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, 2005-2015 -ci illərdə elektrik enerjisi infrastukturunun qurulmasına, azı 10 modul stansiyanın qurulmasına 1 milyard manatdan çox pul ayrılıb, ümumilikdə isə son 15 ildə bu sahəyə 5 milyard manat yatırılıb.

Onun sözlərinə görə, ölkədə elektrik istehsalı çox olsa da, enerji düzgün paylanmır və əsas problem də elə budur. İlham Şaban deyir ki, Azərbaycan üzrə gücün 46 faizi Abşeronda toplanıb, bununla belə, Mingəçevirdə qəza olanda Bakıda işıq sönür. Onun sözlərinə görə, indiyə qədər ayrılan pula çoxdan avtomatik idarəetmə infrastrukturu yaradılmalı idi:

“Bu sistem müəyyənləşdirir ki, harda güc çatmır və balans yaradır”.

Azerenerjiyə ayrılan 5 milyard manat necə xərclənib ki, ölkə zülmətə qərq oldu?

Bu pulların necə xərclənməsi, nəticədə camaatın niyə qaranlıqda qalması elə dünənki Bakı gecəsi qədər qaranlıqdır. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, Etibar Pirverdiyev “Azərenerji”nin başına keçəndən sonra, ordan informasiya ala bilmir:

“18 ildir ki,”Azərenerji”yə daxil ola bilmirəm. Etibar Pirverdiyev gələndən Azərenerjidə dialoq olduğunu, kiminləsə müzakirə aparıldığını xatırlamıram. Ona görə də mənə çətindir cavab vermək ki, bütün bunlar hansı səbəbdən baş verir”.

AzadlıqRadiosu da bu problemlə bağlı Bakı sakinləri arasında sorğu aparıb:

Elektrikin kəsilməsinə görə kim məsuliyyət daşıyır?
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

Müxalif ReAl partiyasının Ali Məclisinin üzvü, iqtisadçı Natiq Cəfərli deyir ki, bütün ölkədə elektrik təchizatının kəsilməsi hər şeydən əvvəl, təhlükəsizlik məsələsidir:

“Müharibə şəraitində olan ölkə üçün bu, kifayət qədər suallar doğuran məsələdir”.

Elektirikin kəsilməsi ilə Bakıda su problemi də yaranıb, nasoslar işləməyib.

Hələlik tənqidçilərin səsləndirdikləri bu fikirlərə Azərenerjidən bir rəsmi açıqlama almaq mümkün olmur. Mingəçevirdə baş verən sonuncu qəzanın araşdırılması üçün elə iyulun 3-də dövlət komissiyası yaradılıb.

Buna bənzər qəza 16 il əvvəl də baş vermişdi. 2002- ci ildə də Mingəçevir elektrik stansiyasında qəzaya görə bütün ölkədə işıqlar sönmüşdü. Bu hadisədən sonra ölkənin enerji sektoruna böyük investisiyalar qoyulmamışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG