Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 16:41

Hakimiyyət elektrik böhranının da səbəbini əhalidə görür


İlham Əliyev müşavirə çağırdı - Enerji böhranı müzakirə edilir
Gözlə

No media source currently available

0:00 0:15:06 0:00

İlham Əliyev müşavirə çağırdı - Enerji böhranı müzakirə edilir

Niyə bir elektrik stansiyasında qəza baş verən kimi bütün ölkə zülmətə qərq olunur, sular kəsilir, metro dayanır, camaatı metrodan evakuasiya edirlər, Bakıda həyat normal axarından çıxır?

Tənqidçilərin bu suallara cavabları təxminən eynidir - onlara görə səbəb pis idarəetmə, böhrana hazır olmamaqdır.

Bakı Dövlət Univesitetinin İqtisadiyyat müəllimi Toğrul Maşallı deyir ki, metronun və su sisteminin alternativ xətləri olmalı idi:

“Metroda bir yox, bir neçə xətt olmalı idi. Onlar nə etdilər? Metronun işini dayandırdılar ki, heç bir problemləri də olmasın”.

Bəs, metroda gerçəkdən də alternativ cərəyan mənbəyi yoxdurmu? Suallarımıza cavab üçün Bakı metropoliteni ilə əlaqə cəhdlərimiz alınmadı, gün ərzində telefonlarımıza cavab verən olmadı.

“Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyir ki, alternativ xətlər şəhəri su ilə təmin edən elektrik nasosları üçün yetərli deyil:

“Onlar çox böyük qurğulardır, onların alternativi olmur, bizim alternativlərimiz kanalizasiya qurğuları ilə bağlıdır ki, şəhəri çirkab suları basmasın. Amma Kürü işlətmək, Ceyranbatanı işlətmək həcmində generatorlar (sutəmizləyici qurğuları işlətmək üçün elektrik istehsal edə bilən generatorlar nəzərdə tutulur - red.) yoxdur… dünyada yoxdur, nəinki bizdə.

Anar Cəbrayıllı deyir ki, artıq Bakının 70 faizi su ilə təmin olunub.

Yenə də korrupsiya...

ABŞ-ın Massaçussets Texnoloji İnstitunun, regional planlaşdırma ixtisası üzrə məzunu Fuad Cəfərli deyir ki, ölkənin belə hallar üçün planı olmalıdır:

“Böhran menecmenti ilə bağlı heç bir iş görülmür. Böhran vaxtı nə etmək lazımdır, hansı rıçaqları işə salmaq lazımdır, bu barədə hazırlıq, plan olmalıdır, bu suallar açıqdır. Koordinasiya düzgün qurulmalı idi”.

İqtisadçı Toğrul Maşallı isə deyir ki, problem ölkədə infrastrukturun düzgün qurulmamasındadır və burada korrupsiyanın böyük rolu var.

“Hökumət durmadan deyir ki, ölkənin enerji təhlükəsizliyi tam təmin olunub, amma baş verənlər göstərdi ki, heç bir addım belə atılmayıb”.

Hakimiyyətin siyasi kursunu müdafiə edən deputat Zahid Oruc isə deyir ki, elektrikin kəsilməsi ölkədə problemlərin olmasını üzə çıxartdı və dövlət komissiyası bunu yaradan səbəbləri araşdırmağa, nəticələri aradan qaldırmağa çalışacaq. Amma Zahid Oruc deyir ki, baş verənləri korrupsiya ilə əlaqələndirmək doğru deyil:

“Ümumiyyətlə, yedilər, taladılar kimi fikirləri, hərracların ictimaiyyətdən kənar keçirilməsi, ona görə də ölkənin enerji sferası düzgün olmayan səviyyədə qurulması kimi nəticələri tamamilə yalnış hesab edirəm. Bir qəza 10 illər ərzində görülən işləri yerdən yerə vurmağa əsas olmamalıdır”.

Rəsmi məlumata görə, iyulun 2-dən 3-ə keçən gecə Azərbaycanın 39 rayon və şəhərində elektrik kəsilib.

Metroda qalanların çıxarılması - '28 may'
Gözlə

No media source currently available

0:00 0:02:52 0:00

Prezident Aparatının məlumatında deyilir ki, qəzaya səbəb kəskin istiyə görə əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi, buna görə də transformatorun bu yükə dözməyib sıradan çıxamasıdır.

Sonuncu dəfə ölkə elektrik böhranını 2002-ci ildə yaşayıb, tənqidçilər deyirlər ki, elektrik sahəsinə bu illər ərzində qoyulan 5 milyard dollarlıq investiya doğru xərclənməyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG