Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:10

Milli Şura fəalının saxlanma səbəbi


Eldəniz Quliyev
Eldəniz Quliyev

-

Azərbaycan Ziyalılar Birliyinin sədri, kinodramaturq Eldəniz Quliyevin İrana gedərkən sərhəddə saxlanılıb polisə təhvil verilməsi texniki səhvin nəticəsi olub.

Bu barədə AzadlıqRadiosuna danışan Eldəniz Quliyev bildirib ki, ölkədən buraxılmaması və saatlarla polisdə saxlanılmasının səbəbini öyrənmək üçün dekabrın 4-də Nəsimi Rayon Polis İdarəsinə gedib.

"Ölkədən buraxılmamağıma səbəb kimi, Nəsimi Rayon Polis İdarəsinin qərarını göstərmişdilər. Ona görə də idarəyə gedib, istintaq şöbəsinin rəisi Oruc Əmiraslanovla görüşdüm. Bildirildi ki, texniki səhv olub və problem artıq aradan qaldırılıb. Üzrxahlıq elədilər", - deyə Eldəniz Quliyev bildirib.

Kinodramaturq İrana həm kino ilə bağlı beynəlxalq tədbirdə iştirak, həm də müalicə məqsədilə gedirmiş. Baxmayaraq ki, ona problemin artıq aradan qalxdığı bildirilib, Eldəniz Quliyev dərhal İrana getmək niyyətində deyil: "Tədbirdə çıxışım nəzərdə tutulmuşdu, artıq keçdi. Həm də çox əziyyət çəkdim. Ona görə də bir müddətdən sonra müalicə məqsədilə gedəcəm".

Eldəniz Quliyev dekabrın 3-də İrana gedərkən Astaradakı sərhəd-buraxılış məntəqəsində saxlanılaraq polisə təhvil verilib. Ona deyilib ki, ölkədən çıxışına qadağa var. Kinodramaturq təxminən 8 saat Astara Rayon Polis Şöbəsində saxlanılandan sonra iltizam alınaraq buraxılıb.

XS
SM
MD
LG