Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyun, şənbə, Bakı vaxtı 08:02

Eldar Namazov: 'Hakimiyyət böhranın öhdəsindən gələ bilmir'


Eldar Namazov, 30 mart 2010

“Yola saldığımız 2016-cı il ziddiyyətlərlə dolu oldu. Bir tərəfdən, Azərbaycan ordusu Qarabağda öz üstünlüyünü və əraziləri azad etməyə qadir olduğunu göstərdi. Digər tərəfdən, Azərbaycanda sosial-iqtisadi böhran dərinləşdi. Hökumət isə vəziyyətin öhdəsindən gələ bilmədiyini nümayiş etdirir”.

“Turan” Agentliyi bildirir ki, bunu Azərbaycan prezidentinin keçmiş köməkçisi, politoloq Eldar Namazov deyib.

“Hökumət böhranın öhdəsindən gələ bilmir”

İqtisadiyyatdan danışan E.Namazov hökumətin dərinləşməkdə olan sosial-iqtisadi böhranın öhdəsindən gələ bilmədiyini deyib.

“İlham Əliyevin komandası real islahatlar keçirməyə qadir deyil, ancaq imitasiya ilə məşğuldur. Vətəndaş cəmiyyətinin bir qrup aparıcı eksperti, hələ, 2006-cı ildə 2016-cı ilədək olan dövr üçün konsepsiya və islahatlar proqramı hazırlamışdı. Sənəddə deyilirdi ki, bu onillik neftdən gələn yüz milyardlarla dolların xərclənməsi və yeni iqtisadi modelin yaradılması baxımdan çox vacibdir. Əgər, bu şansdan istifadə edilməsə, ölkə yeni dərin böhranla üzləşəcək. Belə də oldu”, -E.Namazov vurğulayıb.

Strateji Yol Xəritəsinə pul tapmaq mümkün deyil

O, reallaşması 28 milyard manat tələb edənvə prezidentin ötən ilin sonunda təsdiqlədiyi ölkə iqtisadiyyatının inkişafına dair Strateji Yol Xəritəsinin uğurlu olacağına şübhə ilə yanaşdığını da deyib.

“İndiki kadrlarla və bu cür yanaşma ilə problemi həll etmək olmaz və bu qədər vəsait tapmaq mümkün deyil”, deyən E.Namazov hesab edir ki, islahatlara gömrük və vergi sahələrindən başlamaq lazımdır.

“Orada tam şəffaflıq yaradılsa bu, dövlət büdcəsinin 2-3 dəfə artırılmasına imkan verər”, sabiq məmur bildirib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG