Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:50

Eldar Mahmudovun qohumu şikayətini geri götürdü


Beytulla Hüseynov
Beytulla Hüseynov

“Bakı Telefon Rabitə” İstehsalat Birliyinin həbsdə olan sabiq rəhbəri Beytulla Hüseynovun cəzası azaldılıb, 10 ildən 7 il 6 aya salınsa da, o, yenə narazı qalmışdı. Beytulla Hüseynov Ali Məhkəməyə kassasiya şikayəti vermişdi. Yanvarın 16-da məhkəmədə məlum olub ki, o fikrini dəyişib və şikayətini geri götürüb. Bu barədə Ali Məhkəmədə sabiq vəzifəli rabitəçilərin işinə baxan hakim Əli Seyfəliyev məlumat verib.

Hakim bildirib ki, Beytulla Hüseynovla yanaşı, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədov, “Aztelekom”un baş mühasibi olmuş Oqtay Rüstəmov da şikayətini geri götürüb.

Ancaq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatına uzun illər rəhbərlik etmiş Vidadi Zeynalov, “Bakı Telefon Rabitə” İstehsalat Birliyinin baş mühasibi olmuş Anar Mustafayev və “Optik Rabitə, Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədovun şikayəti icraata götürülüb.

Bununla belə, Vidadi Zeynalov və Emin Məmmədovun vəkilləri də kassasiya şikayətinin geri çəkilməsi və ya müdafiə olunması məsələsini müvəkkilləri ilə müzakirə etməkdən ötrü məhkəmədən vaxt istəyiblər. Onlara buna görə yanvarın 30-na qədər vaxt verilib.

Vidadi Zeynalovun özü ilə yanaşı, onun qohumları da Ali Məhkəməyə şikayət veriblər. Yazıblar ki, onlara məxsus, Vidadi Zeynalova heç bir aidiyyəti olmayan əmlakları Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə müsadirə olunub. Bakı Apellyasiya Məhkəməsi də hökmü bu hissədə qüvvədə saxlayıb.

XATIRLATMA

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalovla Beytulla Hüseynovun hər biri 13 il, Namazalı Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il azadlıqdan məhrum ediliblər. “Aztelekom”un sabiq rəhbəri Məhəmməd Məmmədov, baş mühasibi Oqtay Rüstəmov və daha üç nəfərə isə şərti cəza verilib.

Bakı Apellyasiya Məhkəməsi Vidadi Zeynalovun cəzasını 4 ilə, Beytulla Hüseynovun cəzasını isə 7 il 6 aya endirdi.

Namazalı Məmmədov, Emin Məmmədov, Anar Mustafayev və Qəmbər Bəybalayevə münasibətdə də CM-in 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub, onlar da azadlığa buraxılıb.

Beytulla Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur. 2015-ci ilin oktyabrında MTN-də aralarında generallar da olmaqla, 20-yə qədər vəzifəli şəxsin həbsilə nəticələnən əməliyyatdan sonra başlanmış istintaqa Beytulla Hüseynov da şahid qismində cəlb olunub. Həmin dindirmədən sonra o, ardınca da Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin digər vəzifəli şəxsləri həbs ediliblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG